Parlament seçkiləri sentyabrın 8-də keçiriləcək? – MSK-dan açıqlama

15.06.2024 - 12:23
Azərbaycanda növbəti parlament seçkiləri cari ilin sentyabrında keçirilə bilər.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda hətta seçkinin keçirləcəyi günün də müəyyənləşdirildiyi iddia edilir.
Bildirilir ki, seçki sentyabrın 8-də baş tuta bilər. Bəzi partiyaların artıq seçki hazırlığına başladığına dair məlumatlar da var. İddialara görə, partiyalarda namizəd olacaq şəxslərə bidirilib ki, sentyabra hazırlaşsınlar.
Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Mikayıl Rəhimov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda seçkilərin sentyabr ayında keçiriləcəyinə dair məlumat yoxdur. Bununla belə, o, MSK-nın parlament seçkilərinə tam hazır olduğunu deyib:  “Biz hər zaman seçkiyə hazırıq. Amma hələ MSK-da seçkinin nə vaxt keçiriləcəyinə dair məlumat yoxdur”.
Bundan əvvəl parlament seçkilərinin 2025-ci ilin fevralında keçiriləcəyi barədə iddialar səsləndirilirdi. Mikayıl Rəhimov bu iddiaların əsassız olduğunu bildirib.
“Qanun parlament seçkilərinin gələn ilin fevral ayında keçirilməsinə imkan vermir. Konistitusiyaya görə, seçki ən geci bu ilin noyabr ayında keçirilməlidir”, deyə o, vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=201443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031