“ASAN Xidmət”in rəhbəri Əli Kərimli ilə rəqabətdədir: hansı təbliğata daha çox xərcləyir? (CƏDVƏL)

23.06.2024 - 15:01

“Azərbaycanda Facebook-da ən çox pul xərcləyən şəxs “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyevdir. Son 90 gündə sosial və siyasi məzmunlu 25 postun reklamı üçün 543 dollar xərcləyib (bir post üçün ortalama 22 dollar)”.

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Allahverdi Aydın sosial media hesabında yazıb.

Onun sözlərinə görə, ikinci sırada AXCP sədri Əli Kərimli dayanır: “Son 90 gündə 45 post üçün 286 dollar xərcləyib (bir post üçün ortalama 6,4 dollar).

Jurnalist daha sonra yazıb: “Bizdən fərqli olaraq Facebook-un “vətənində” siyasətçilər paylaşımlarını daha çox adamın görməsi üçün milyonlar xərcləyirlər. Son 90 gün ərzində ABŞ prezidenti Bayden Facebook-da 9 milyon 522 min 852 dollar, Tramp isə 877 min 788 dollar pul xərcləyib (Bayden bir postun reklamına 1 298, Tramp isə 1 055 dollar). Ümumiyyətlə, Bayden son 6 ildə (2018-24) Facebook-da 234 min post üçün 122 milyon dollar xərcləyib”.

Allahverdii Aydının paylaşdığı cədvəldən görünür ki, deputat Elnur Allahverdiyev və bir sıra media orqanları da sosial mediaya “maya qoymaq”dan çəkinmirlər…

Samir Musayev

MİA.AZ

img
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201635

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031