Talıbovun sonuncu “zirehli köynəyi” əynindən çıxır – deputat olmayacaq

23.06.2024 - 15:19

Sentyabr ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Artıq bununla bağlı deputatlar Prezident İlham Əliyevə müraciət ediblər. Bu xəbərdən sonra ictimaiyyəti maraqlandıran suallardan biri də bəzi deputatların taleyinin necə olacağıdır. Həmin deputatlardan biri də Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdur. Onun növbəti seçkilərdə namizədliyini verəcəyi inandırıcı görünmür. Deməli, daha bir zirehli kostyumu əynindən çıxacaq.

Mövzunu Globalinfo.az-a şərh edən TNS İnformasiya Agentliyinin direktoru Tural Səfərov Vasif Talıbovun VI çağırışdır Milli Məclisin deputatı olduğunu deyib. Onun sözlərinə görə, Talıbov bu dövr ərzində heç vaxt Milli Məclisin iclaslarında mütəmadi iştirak etməyib: “Parlamentin son bir neçə çağırışında isə ümumiyyətlə iclasların heç birinə qatılmayıb. Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir. Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. O, deputat olduğu dövrdə parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər Talıbov MM-in iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib”.

Tural Səfərov deyib ki, Milli Məclisin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin yenidən deputat olmağa mənəvi haqqı çatmır: “Hesab edirəm ki, Vasif Talıbov həm Naxçıvanda və bütövlükdə ölkədə itirilmiş nüfuzuna, həm də səhhətinə görə yenidən deputatlığa namizədliyini irəli sürməyəcək. Namizəd olsa belə, deputat seçilə bilməz. Naxçıvanlılar ona heç vaxt səs verməyəcək. Vasif Talıbov artıq siyasi meyitdir. Onunla bağlı hansısa məsələnin gündəmə gətirlməsini məqbul hesab etmirəm. Talıbovlar dövrü bitib. Onun özünün və övladlarının Azərbaycanda deputat seçilmək, yüksək post tutmaq şansı yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201641

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930