REAL seçki ilə bağlı koalisiya yaradır

23.06.2024 - 16:40

Xəbər verildiyi kimi, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclis ölkə rəhbərliyinə müraciət edib. Tribunainfo.az xəbər verir ki, dünən bununla əlaqədar parlamentdə qərar qəbul olunub. Yaxın günlərdə isə seçkinin dəqiq tarixi məlum olacaq. Qeyd edək ki, bununla əlaqədar olaraq bəzi partiyalar artıq seçkidə iştirakla bağlı hazırlıqlara başlayıb. Belə ki, REAL partiyası bazar günü toplaşaraq, namizdələrinin yekun siyahısını təsdiq edəcək.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, onlar təkcə öz namizədləri ilə kifayətlənmək istımirlər. “Gələn həftə isə partiyamızın üzvü olmayan şəxslərin iştirakı ilə koalisiyanın mümkünlüyünə baxacağıq. Buna siyasi zərurət varsa, tanınmış ictimai-siyasi şəxslərlə seçki ittifaqı qura bilərik. Gələn həftənin sonuna qədər bu haqda da yekun qərarımız olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=201659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031