YAP İdarə Heyəti toplanır: namizədlər açıqlanmayacaq?

02.07.2024 - 15:02

Sabah Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 1 sentyabra təyin olunmuş növbədənkənar parlament seçkilərinə həsr olunmuş iclası keçiriləcək.

Hakim partiyadakı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, işçi toplantıda seçkiyə hazırlıq məsələləri, o cümlədən, namizədlərin ilkin siyahısının müzakirə olunacağı gözlənilir.

Qeyd olunur ki, VI çağırış Milli Məlisdə təmsil olunmuş deputat korpusunun fəaliyyəti diqqət mərkəzində olacaq. Mənbələr bildirirlər ki, YAP mərkəzi nəzarət təftiş qurumunun ötən 5 ildə millət vəkilləri, rayon şöbələrinin fəaliyyəti barədə vaxtaşırı hazırladığı arayışlar və yekun hesabat da İdarə Heyəti üzvlərinə təqdim olunacaq. Bildirilir ki, partiyanın VII çağırış Milli Məclisə göndərmək istədiyi deputatların seçilməsində onların ötən dövrdəki fəaliyyəti əhəmiyyətli rol oynayacaq. Məlumata görə, toplantıya sədrlik edən YAP sədrinin müavini – İcra Aparatının rəhbəri Tahir Budaqovun namizədlərin müəyyən olunmasında yeni meyarları da açıqlayacağı gözlənilir.

Bu sırada kiçik istisnalarla 3 dəfədən artıq deputat olmuş əksər şəxslərin bu dəfə namizəd ola bilməyəcəyi, habelə parlament və ictimai-siyasi fəaliyyəti qənaətbəxş sayılmayan millət vəkillərinin də siyahıdan kənarda qalacağı gözlənilir. Mənbələr vurğulayır ki, xüsusən media ilə təmas qurmayan, rayon tədbirlərində, habelə hakim partiyanın ümumrespublika əhəmiyyətli proqramlarında fəal olmamış deputatlar mandata ümid etməməlidirlər.

Qeyd olunur ki, toplantıdan sonra YAP-ın növbədənkənar seçkilərdə iştrak edəcək deputatların yekun siyahısının ictimaiyyətə açıqlanması az ehtimal olunur. Yekun siyahının iyulun 10-12-si aralığında elan olunacağı gözlənilir.

Bir qayda olaraq hakim partiya 125 dairə üzrə namizədlər irəli sürür və bu tərkib parlamentin yeni palitrasını aşağı-yuxarı müəyyən etməyə imkan verir. Belə ki, siyahıdan YAP üçün hansı namizədlərin prinsipial, hansılarının “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkündür. Bu günlərdə Tahir Budaqov təsdiq edib ki, hakim partiya əvvəllər olduğu kimi bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyə bilər.

Beləliklə, gələn həftə YAP-ın hansı dairələri müxalifət və müstəqil namizədlər üçün “boş” saxlayacağı bəlli olacaq. Daha sonra həmin seçki dairələri uğrunda qızğın rəqabət başlayacaq…

Short URL: http://www.cumhuriyyet.net/?p=202214

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930