YAP yaşlı deputatlarla vidalaşır? “Xüsusi şöbə məşğuldur…”

04.07.2024 - 12:50

Musavat.com -a müsahibə verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov maraqlı açıqlamalar verib. Onlardan biri də deputatlığa namizədlərin yaş senzi ilə bağlıdır. Siyasi dəhlizlərdə iddialar gəzir ki, hakim partiya yaşı 70+ olan namizədləri irəli sürməyəcək, hətta namizədliyini müstəqil irəli sürən respublika əhəmiyyətli simaları da dəstəkləməyəcək. Müxbirimizin: “Yaşlı deputatlar, yaxud gənc olub, özünü doğrultmayanlarla bağlı mövqe, münasibət YAP-da nədən ibarətdir?”, sualına Siyavuş Novruzov belə cavab verib: -YAP tədqiqatlar aparır. İstər mətbuatda, istər debatlarda, istər parlamentdəki çıxışı, istərsə beynəlxalq təşkilatlarda iştirakı, seçiciləri ilə münasibətləri, regionun ona olan münasibəti araşdırılır. Bütün bu tədqiqatlar əvvəlcədən aparılır, elə deputatlar seçilən gündən YAP-dakı xüsusi şöbə bu məsələlərlə məşğul olur. Bizim rayon təşkilatlarımız da dəqiqləşdirirlər ki, kim necədir? Bu, yaş məsələsi deyil, ancaq fəaliyyət məsələsidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=202321

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930