Vahid Əhmədovdan seçki açıqlaması: “artıq qərarımı vermişəm…”
“Seçkidə iştirakla bağlı artıq qərarımı vermişəm. Bu dəfə də Qubadan namizədliyimi irəli sürəcəm”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı “AzPolitika”-nın sualını cavablandırarkən deyib.
V. Əhmədov namizədliyinin qeydə alınması üçün tələb olunan müvafiq sənədləri lazımi orqanlara təqdim etdiyini bildirib:“Sənədlərimi də artıq vermişəm. Əvvəl 52 saylı Seçki Dairəsindən namizəd olmuşdum. Hazırda həmin dairə 59 saylı Seçki Dairəsi adlanır. Namizədliyimi buradan verəcəm. Orada müəyyən işlərim var, istəyirəm ki, yekunlaşdırım. Qismət olsa seçiləcəm, olmasa, Allah bilən məsləhətdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=202414