YAP-ın seçki siyahısı: Bu həftə açıqlanacaq?

10.07.2024 - 11:46

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacaq şəxslərin iddialarını ortaya qoyması ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaradıb. MSK sədri Məzahir Pənahovun verdiyi məlumata görə, iyulun 9-na kimi namizəd olmaq istəyən 156 nəfər müvafiq qaydada Dairə Seçki Komissiyalarına (DSK) müraciət edib. Həmçinin bu günə kimi, 10-dan çox siyasi partiya özünün səlahiyyətli nümayəndələrinin MSK-da təsdiqlənməsinə nail olub.

Yenisabah.azbildirir ki, qanunverici orqanda təmsil olunmaq istəyən yüzlərlə namizəd hakim Yeni Azərbaycan Partiyasının qərarını gözləyir. İddiaçıların böyük əksəriyyətinin iqtidar partiyasının açıqlayacağı siyahıdan sonra mübarizəyə qoşulacaqları dairələri müəyyənləşdirəcəyi şübhə doğurmur. Hakim partiyanın aparıcı funksionerlərindən biri saytımıza YAP-ın deputatlığa namizədlərinin siyahısının hazır olduğunu deyib. Onun sözlərinə görə, hakim partiya seçki marafonuna 100-ə yaxın namizədlə qatılmağa hazırlaşır. Həmin şəxslərdən bəzilərinin namizədliyi formal xarakter daşısa da, YAP növbədənkənar parlament seçkilərində ən azı 80-85 mandata iddialıdır.

Mənbə YAP-ın deputatlığa namizədlərinin siyahısının açıqlanacağı tarixin bəlli olduğunu deyib. Qeyd edib ki, hakim partiya deputat mandatı uğrunda mübarizə aparacaq üzvlərinin adlarını bu gün axşama kimi ictimaiyyətə təqdim etməyə hazırlaşır. Amma bu qərarın dəyişə biləcəyi də istisna deyil. YAP-ın deputatlığa namizədlərinin adlarını 12-13 iyun tarixlərində açıqlaması da mümkündür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202716

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031