“YAP-ın siyahısını gözləyirik” – Partiyalar seçkiyə neçə namizədlə qatılır?

10.07.2024 - 12:30

Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Konkret.az seçki hazırlığı ilə bağlı son durumu öyrənmək məqsədilə ölkədə fəaliyyət göstərən bəzi partiyaların rəhbərliyi ilə əlaqə saxlayıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa seçkilərdə iştirak ilə bağlı qərar verdiklərini xatırladaraq namizədlərin yekun siyahısı üzərində çalışdıqlarını deyib:

Fazil Mustafa gülləsindən danışdı - Video

“Həm paytaxtda, həm də bölgələrdəki son durumu dəyərləndiririk. Hakim Yeni Azərbaycan Partiyası namizədlərini açıqladıqdan sonra hansı bölgədə gücümüzün nəyə çatacağını, harada qalib gəlmək imkanımızın yüksək olduğunu dəqiqləşdirəcəyik. Məhz bundan sonra həmin dairələr üzrə namizədlərimizin kimliyini açıqlayacağıq”.

F.Mustafanın özünə gəlinncə, o, namizədliyini 26 saylı Sabunçu birinci seçki dairəsindən irəli sürüb: “Bu dairədə rəqiblərimin kim olacağı ilə bağlı məlumatım yoxdur. Kimliyindən asılı olmayaraq hamısına hörmətlə yanaşıram. Seçki bir rəqabətdir və bu rəqabətdə qalib gəlməyə çalışacağıq. Fikrimiz odur ki, seçkilərdə 60-dan yuxarı namizədlə təmsil olunaq. Çünki 60-dan yuxarı namizədimiz qeydiyyatdan keçərsə, o zaman pulsuz efir vaxtından istifadə etmək imkanı qazanacağıq. Bu da partiyanın fəaliyyəti, proqram və məsələlərə baxış bucağını cəmiyyətə çatdırmaq baxımından yeni bir fürsət ola bilər”.

Bununla belə, Fazil Mustafa deyir ki, seçkilərə 60 namizədlə qatılmağa imkanlarlı çatmasa, diqqətlərini qələbəsi daha real görünən namizədlərin uğur qazana biləcəyi dairələrə yönəldəcəklər: “Biz bu variantda hər şeydən öncə partiyanın seçkidə müəyyən dərəcədə müsbət nəticə göstərməsinin qeydinə qalacağıq. Bu da bizim straregiyamıza uygun bir davranış olacaq”.

REAL partiyasının funksioneri Natiq Cəfərli saytımıza açıqlamasında artıq deputatlığa 13 namizədin bəlli olduğunu vurğulayıb:

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşün səbəbini açıqladı - GlobalInfo.az

“İlqar bəy 22-ci, mən 33-cü, Erkin Qədirli özünün deputat olduğu, yəni 16-cı dairədən namizəddir. Ümumilikdə 13 namizədimiz var. Gəncədən, Şabrandan və digər bölgələrdən də namizədlərimiz var. Namizəd sayının nisbətən az olmasının partiyanın maddi imkanları ilə bağlı olduğunu dilə gətirən Natiq Cəfərli yalnız bu sayda namizədin uğurlu kampaniyasını təşkil etməyə vəsaitlərinin çatdığını etiraf edib:

“Odur ki, maddi resurslarımızı nəzərə alaraq, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik. Dairələri isə ayrıca elan edəcəyik, seçki rəsmən elan olunandan sonra.”

Digər müsahibimiz ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev dairəsini dəyişməyəcək və bu seçkilərdə namizədliyini də 35-ci dairədən irəli sürməyə hazırlaşır:

Qüdrət Həsənquliyev: Rusiya ilə anlaşsaq bu, möhtəşəm olar Pravda.az

“Biz seçkilərə 40 namizədlə seçkilərə qatılmağı düşünürük. Partiyamızın MSK-da qeydiyyatından sonra bizim səlahiyyətli nümayəndələrimiz təsdiq olunmalıdır ki, biz ərizələrimizi təqdim edə bilək. Bundan sonra dairələrdən namizədlərimizin irəli sürülməsinə başlayacağıq”.

Q.Həsənquliyev hakim partiyanın dairələrdəki namizədlərinin kimliyinin açıqlanmasını gözlədiklərini deyib:

“Çalışacağıq ki, onların nüfuzlu və şansı yüksək dəyərləndirilən namizədləri ilə alternativ olmayaq. Sözsüz ki, bu zaman özümüzün həmin dairə ərazisində nə qədər güclü olmağımızı da nəzərə alacağıq. Bir neçə gün ərzində nümayəndələrin siyahısı təqdim olunacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202735

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031