Arif Hacılının plagiat başsağlığı – FOTOFAKT

31.03.2015 - 12:11

Müsavat başqanı İsa Qəmbərin iki il əvvəl yaydığı müraciəti olduğu kimi öz adından yayıb

arifhaciyevMüsavat Partiyasının başqanı Arif Hacılı 31 mart – Soyqırım Günü ilə bağlı xalqa müraciət edib. Müraciətdə 1918-ci ildə baş verən hadisələr xatırlanır, bildirilir ki, o zaman Bakıda 12 mindən çox azərbaycanlı öldürülüb, onminlərlə insan itkin düşüb və s. Tarixi faktlara söykənən müraciət sonda şəhidlərin ruhuna dua oxumaqla bitir.
Məsələ burasındadır ki, eyni mətn iki il əvvəl, daha dəqiq desək, 30 mart 2013-cü il, saat 20:03-də musavat.com saytında o vaxtkı Müsavat başqanı İsa Qəmbərin adından yayımlanıb.

Eyni mətndə dəyişən yalnız başqanların adıdır. Hətta cümlədə buraxılmış hərf səhvi də olduğu kimi dərc olunub. Məsələn, “Həmin hadisələr vaxtı Bakıda 12 mindən çox azərbaycanlı ölrürülüb, on minlərlə insan itkin düşüb” cümləsində “öldürülüb” sözü səhv yazılıb. Arif Hacılının adından yayılmış müraciətdə də həmin səhv düzəldilməyib.

Mətnlər arasında yeganə fərq sonuncu müraciətin sonundakı cümlənin çıxarılmasıdır. Belə ki, İsa Qəmbərin müraciəti “Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Tanrı Azərbaycanımızı qorusun!” fikirləri ilə bitir. Arif Hacılının müraciətində isə “Tanrı Azərbaycanımızı qorusun!” cümləsi çıxarılıb.(meydan.tv)

rr yy

Short URL: http://www.cumhuriyyet.net/?p=20429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031