Deputatlar bizneslərini ölkədən çıxarır?
Artıq bir neçə millət vəkili işlərini xaricdə qurublar
Azərbaycan parlamentində təmsil olunan deputatların qanunun qadağan etməsinə baxmayaraq, bizneslə məşğul olmaları sirr deyil. Böyük əksəriyyətinin bu və ya digər şəkildə biznesləri olan bu deputatların bəziləri isə artıq ölkə hüdudlarından kənara çıxmağa başlayıblar.
Məlumata görə, son 3 ay ərzində parlamentdə təmsil olunan mandat sahiblərindən 4-ü artıq bizneslərini yaxın ölkələrə daşıyıblar. Məlumatda deyilir ki, Azərbaycanda orta səviyyədə olan həmin bizneslərini böyütmək üçün xaricə daşıyan millət vəkilləri orada uğur qazana biləcəklərinə əmin olduqlarından belə bir addım atıblar.
Bunun həm də Azərbaycanın artıq risqli bölgəyə çevrilməsi ilə də izah edənlər var. Bəzi müşahidəçilərin isə bildirir ki, qonşu ölkələrdə hadisələrin gedişatı mahiyyət etibarı ilə Azərbaycan üçün də risq formalaşdırmağa başlayıb. Eyni proseslərin Bakıda da cərəyan edə biləcəyini düşünən deputatlar isə bir qədər ayıq hərəkət edərək, daha münbit ölkələrə üz tutmağa çalışırlar.
Həmin deputatların kimliyi barəsində məlumatımız olsa da, bir qədər dəqiqləşdirmələrə ehtiyac yaranıb. Həmin dəqiqləşmələr başa çatdıqdan sonra isə geniş açıqlama veriləcək.(demokratiya.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=20767