Qubad İbadoğlu Arif Hacılının Müsavat Məclisindən çıxarılmasına cavab verdi
ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlu Milli Strateji Düşüncə Mərkəzindən istefa verib. Bu barədə o, özünün Facebook səhifəsində yazıb: “2014-cü ilin sentyabr ayından indiyə qədər Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) məşvərət heyətinin toplantılarında iştirak etmirəm. MSDM-nin bundan sonrakı iclaslarına da qatılmaq fikrində deyiləm. Odur ki, bu təşkilatdan və onun məşvərət heyətindən çıxdığımı bildirirəm”.
Milli Strateji Düşüncə Mərkəzi Müsavatın eks-başqanı, Azərbaycan parlamentinin sabiq spikeri İsa Qəmbərin rəhbərlik etdiyi bir qurumdur. Orada ölkənin görkəmli fikir və siyasət adamları təmsil olunurlar.
Musavat.com hesab edir ki, Qubad İbadoğlunun bu açıqlaması Müsavat Məclisinin bugünkü toplantısında Vurğun Əyyubun Məclis üzvülüyündən çıxarılmasına bir növ cavabdır. V. Əyyub İbadoğlunun rəhbərlik etdiyi hərəkatın ikinci siması hesab olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=21123