Elman Rüstəmovun xalqı aldatmağa mənəvi haqqı çatmır – deputatdan ittiham

04.04.2015 - 15:23

elman_rüstəmovMillət vəkili Fazil Mustafa bu gün Milli Məclisdə keçirilən səsvermə ilə bağlı fikirlərini açıqlayıb. Deputat yeganə olaraq yalnız onun Elman Rüstəmovun Milli Bankın İdarə Heyətinin üzvlüyünə seçilməsinin əleyhinə səs verdiyini bildirib: “Bu gün Milli Məclisdə Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə təkcə mən səs verdim. Arqumentim bu idi ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu”. (strateq.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031