Rauf Arifoğlu Müsavatdan gedəcək – Baş Redaktor sözü siyasətə satmır

09.07.2015 - 01:10

raufarifoqlu2“Dünyada qəbul olunan bir norma var ki, jurnalistlər konkret partiya üzvü olmurlar. Buna görə də çoxdan, neçə illər öncə verdiyim bir qərarı həyata keçirəcəm”. Bunu moderator.az – ın israrlı suallarına cavabında “Yeni Müsavat” qəzetini baş redaktoru Rauf Arifoğlu deyib. Saytın əməkdaşının baş redaktora suallar verməsinin səbəbi isə onun Facebook sosial şəbəkəsində paylaşdığı statuslardan biri olub. R. Arifoğlu orada bir çərçivə çıxaraq yazır: “Partiyasız olacağım zamanlarda – ki, bu yaxın zamanlarda baş verəcək… ”

Onun sözlərinə görə, partiyadan getmək barədə qərarı çoxdan var idi və onun baş verməsi zamanla bağlı məsələdir: “Hələ qurultaydan öncə başqan namizədlərinin demək olar ki, hamısına elan etmişdim ki, gedəcəm. Jurnalistika da özü bir dünya partiyasıdır və onun öz qızıl prinsipləri var. Bu prinsiplər partiyalılıq prinsipləri ilə ziddiyyət təşkil edir. Özü də tam diametral ziddiyyət. Biri hər şeyi açıq tutmağı, gündəmə çıxartmağı, digəri isə gizlətməyi, qapalılığı tərcih edib. Bunların ikisi bir yerdə əslində mümkün deyil. Artıq Müsavat partiyasında da vəziyyət stabilləşib; cəmiyyəti alışdıra-alışdıra mənim də oradan getməyimin zamanı gəlib. Hesab edirəm ki, Azərbaycanda da bu proses getməlidir və jurnalistlər “öz” partiyalarına – məsləklərinə aid olmalıdırlar. Onların partiya nizamnaməsinə tabe olması nonsensdir, söz azadlığı prinsiplərinə ziddir. Çünki partiya üzvü olan jurnalist bir sıra azadlıqları ilə yanaşı, söz azadlığının verdiyi imkanları da məhdudlaşdırır, buna məcbur qalır“.

R. Arifoğlu onu da əlavə etdi ki, partiyadan getmə kimi strateji və həyati qərarının başqa özəl səbəblər də var: “Bütün səbəbləri isə partiyadan istefa verəcəyim gün yazacağım məqalədə göstərəcəyəm. Amma bunun Müsavat Partiyasının perspektivi, indiki rəhbərliyinin mənə münasibəti ilə əlaqəsi yoxdur. Hesab edirəm ki, Müsavat Partiyası Azərbaycanın keçmişi, bu günü və sabahında mühüm rol oynayacaq təşkilatdır. Lakin mənim həyatımda əsas rolu 26 il öncə yaratdığım qəzet oynayır.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031