Prezident təltif etdi, Rauf Arifoğlu Müsavatdan getdi

21.07.2015 - 01:38

raufarifoqlu2“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından çıxmaqla bağlı istefa ərizəsini partiya başqanına təqdim edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Facebook”da Müsavat Partiyası başqanı Arif Hacılı yazıb.
Arif Hacılı bildirib ki, baş redaktor partiyadan ayrılmaqla bağlı ərizə ilə müraciət edib: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Arqument.Az-a açıqlamaında Arif Hacılının yazdıqlarını təsdiq edib və partiyadan ayrıldığını deyib: “Təsdiq edirəm. Arif bəy yazıb zatən. 15 iyuldan rəsmi olaraq Müsavat Partiyasının üzvü deyiləm”.

Onu da bildirək ki, ölkə rəhbərinin son sərəncamı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoruna əməkdar jurnalist adı verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031