Rusiya Azərbaycanda siyasi təşkilat qurur: sabiq nazir və general ittifaqda

28.07.2015 - 01:49

Kreml - Prezident aparatıAzərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya hərəkatı yaradır. Bu barədə virtualaz.org saytına təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib.
Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda Putinin Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır. Bu günlərdə təşəbbüs qrupu hətəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. “Dünyada baş verən mürəkkəb iqtisadi-siyasi proseslər və yeni geosiyasi çağırışlar təbii şəkildə avrasiyaçılıq ideyasının aktuallaşmasını təbii olaraq ön plana çıxarır, onun müvafiq milli hərəkat formasında təşkilati-praktiki həllini israrla tələb edir”- təşəbbüs qrupunun bəyanatında deyilir.
Qeyd edək ki, sovet KQB-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızına dair nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun, Arif Paşayevin və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman İmranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib.

Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra N.İmranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib. 2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Və onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub.
Xatırladaq ki, prezident seçkiləri öncəsi baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Rusiyada yaşayan azərbaycanlı milyarderlərdən ibarət “Milyarderlər İttifaqı” yaradılmışdı. Təşkilatın məqsədi Azərbaycan hakimiyyətinə təzyiq göstərərək xarici siyasətdə mühüm dəyişikliklərə məcbur etmək idi. Amma sonradan Bakının təzyiqi altında bu təşkilat fəaliyyətsiz qaldı və bu yaxınlarda rəsmən ləğv olundu.
Parlament seçkiləri ərəfəsində, eyni zamanda Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi görünmür. Rusiya Azərbaycanı öz layihəsinə qoşmağa vadar etmək üçün yeni ittifaqmı yaradır? Bu suala proseslərin gedişi zamanı aydınlıq gələcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=28824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728