Lavrov: “İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq”

17.08.2015 - 20:58

lavrov2“Hesab edirik ki, yaxın həftələrdə İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada iranlı həmkarı Cavad Zəriflə keçirdiyi görüşün yekunları  ilə bağlı danışarkən bildirib.
“Bu plan İranın sülhyönümlü nüvə fəaliyyətlərini həyata keçirməsinə imkan verməklə yanaşı, həm də regionda etibarını gücləndirəcək, regional səviyyədə iqtisadi, siyasi münasibətlər yolundakı maneələrin aradan qaldırılmasını təmin edəcək”  – deyə rusiyalı nazir əlavə edib.
Sergey Lavrovun sözlərinə görə, Moskva və Tehran arasında 8 atom blokunun tikintisi ilə bağlı əldə olunan razılaşma İranın energetikasını gücləndirəcək.
Suriyadakı vəziyyətdən danışan S. Lavrov Rusiyanın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini və suriyalıların öz taleyini xarici müdaxilə olmadan həll etməli olduqlarını bildirib: “Bizim İraq və Yəmənlə bağlı mövqeyimiz də eynidir. Biz məsələnin dialoq çərçivəsində həll edilməsinin tərəfdarıyıq”.
Naziri sözlərinə görə, görüşdə iki ölkə arasında istisadi-ticari əməkdaşlığa dair komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçini viza rejiminin sadələşdirilməsi və hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub.
Cavad Zərif Sergey Lavrovu İrana dəvət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=29574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728