Livanlı mafioz oliqarxın Qarabağdakı və Krımdakı biznesi

18.08.2015 - 14:58

Rusiyanın ilhaq etdiyi Krımda fəaliyyət göstərən yeganə mobil rabitə operatoru “K-Telekom”un sahibi Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə biznesi ilə məşğul olan livanlı iş adamıdır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Vedomosti” həftəliyi “The İnsider”ə istinadən yazır.

Pyer-Mişel Fattuş adlı həmin iş adamı Rusiyanın MTS telekommunikasiya şirkətinin Ermənistandakı çoxdankı partnyorudur.

“K-Telekom” 2014-cü ilin mayında-Krımın Rusiyaya birləşdirilməsindən qısa müddət sonra Krasnodarda qeydiyyatdan keçib. Bir həftə sonra Krımda MTS-in Ukraynadakı törəmə şirkətinin istifadəsində olan radiotezliyi alıb.

Qeydiyyatdan keçdikdən sonra “K-Telekom” iki dəfə mülkiyyətçisini dəyişib. Əvvəlcə onun sahibinin Nikolay Balaşov olduğu göstərilib. Daha sonra Ermənistandakı “Cell Group Worldwide Holding” MMC onun mülkiyyətçisinə çevrilib. Bu şirkətin sahibi naməlum yuridiksiyaya malik “Cell Group Worldwide Ltd.”dir.

Pyer-Mişel Fattuş

Hazırda Ermənistanda MTS-in törəmə şirkəti olan “K-Telekom” işləyir. Lakin MTS-in nümayəndələri əmin edirlər ki, Krımdakı “K-Telekom”un bu ada dəxli yoxdur.

Beynəlxalq sanksiyalara görə Rusiya mobil operatorlarının Krıma birbaşa çıxışı məhduddur. Onlar Krımda fəaliyyət göstərən “K-Telekom”la roaminqlə əlaqə yarada bilərlər.

“Vedomosti” isə araşdırıb ki, əslində MTS sanksiyalardan yayınmaq üçün P.-M.Fattuşun dolaşıq sxemindən istifadə edir.

P.-M.Fattuş Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə xidməti göstərən “Qarabağ-telekom”un direktorlar şurasının sədridir. 2007-ci ildə o, Ermənistandakı “K-Telekom” mobil rabitə şirkətinin səhmlərinin 80 faizini MTS-ə satıb.

Pyer-Mişel Fattuş və onun qardaşı Mussa Fattuş livanlı milyarderlərdir. İngilisdilli ərəb mediasında onların geniş korrupsiya dosyelərinə rast gəlinir. Fattuşların daha bir qardaşı Nikol Mişel Fattuş isə Livan hökumətində nazirdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=29663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728