Qubad İbadoğlunun təşkilatı seçkilərə qatılmayacaq

19.08.2015 - 12:25

qubadQubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcək. Bu barədə AzNews.az-a hərəkatın sədr müavini Ellada Məmmədli deyib. Onun sözlərinə görə, hərəkat üzvlərindən ancaq fərdi qaydada seçkidə iştirak etmək istəyənlər var:

“Fərdi olaraq kim namizədliyini verəcəksə, dəstəkləyəcəyik. Amma hələlik fərdi qaydada seçkidə iştirak edəcək şəxslərin sayı məlum deyil”.

“Demokratiya və Rifah Hərəkat seçkidə hansı partiyanın namizədlərini dəstəkləyəcək?” sualına E.Məmmədli belə cavab verib:

“Bu haqda fikir mübadiləsi aparılmayıb. Bilirsiniz ki, hərəkatda müxtəlif partiyaların üzvləri təmsil olunur. Heç bir partiya üzvünə fərq qoyulmayacaq. Amma təbii ki, ilk öncə ADR hərəkatı üzvlərini dəstəkləyəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=29710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728