Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bəyanat verdi

20.08.2015 - 12:43

osceAzərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Daimi Şurasının 19 avqustda keçirilən iclası ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, bəyanatda ABŞ, Avropa İttifaqı, Kanada və Norveç nümayəndələrinin iclasda Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələ qaldırmasına etiraz bildirilir. Bəyanatda deyilir:

“ABŞ tərəfindən Daimi Şuranın xüsusi iclasında qaldırılan məsələnin gündəliyə nə qədər uyğun olduğunu anlamırıq. Biz Avropa İttifaqı, Kanada və Norveç nümayəndəlikləri tərəfindən irəli sürülən arqumentlərin əsaslandırılmış olmasını gözləyirdik. Lakin eşitdiyimiz şərhlər əvvəlkilərlə eynilik təşkil edir və nümayəndəliyimiz bunlarla bağlı cavabını verib. Nümayəndə heyətimiz ABŞ, Avropa İttifaqı, Kanada və Norveçin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı iddialarını inkar edir və bu cür cəhdlərin ölkələrimiz arasında ikitərəfli münasibətləri zəiflətdiyini düşünür. Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır. Azərbaycan ABŞ, Avropa İttifaqı və ona üzv olan dövlətləri, Kanada və Norveçi Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır. Hesab edirik ki, bəzi anonim beynəlxalq missiyalar tərəfindən məhkəmələr barəsində irəli sürülən iddialar qüsurludur və məhkəmə sisteminə təzyiq xarakteri daşıyır. Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında bərabərdir və fəaliyyətlərinə görə bərabər məsuliyyət daşıyırlar. İnsan hüquqları müdafiəçisi və ya jurnalist olmaq heç kəsi qanun qarşısında məsuliyyətdən azad etmir. Bunun əksi isə qanunsuzluq olardı ki, bu da Azərbaycan üçün qəbuledilməzdir. Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən “5-ci kolon”un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. İnsan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur. Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə tranzaksiyalarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik. Son olaraq biz ABŞ, Avropa İttifaqı, Kanada, və Norveçi 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların doğma torpaqlarına qayıtması və əmlakları üzərində hüquqlarının bərpa edilməsi məsələsində eyni həssaslığı göstərməyə çağırırıq. Biz bu hökumətləri Kəlbəcər rayonunda əsir götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qalmış, üzərilərində qeyri-qanuni məhkəmə prosesləri keçirilərək barələrində müvafiq olaraq ömürlük və 22 illik həbs cəzası çıxarılan iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə də prinsipial yanaşmağa çağırırıq. Təəssüf ki, ABŞ, Avropa İttifaqı, Kanada, Norveç biz bu məsələni Daimi Şurada qaldıranda daim səssiz qalıblar. Azərbaycan cəmiyyəti üçün bu nümayəndə heyətlərinin yanaşması iki standartların bariz nümunəsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29795

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728