Yunan baş nazir istefa bəyanatında türk şairdən sitat gətirdi

21.08.2015 - 11:45

cipras2Yunanıstanın baş naziri Aleksis Tsipras avqustun 20-də vəzifəsindən istefa verdiyini açıqladığı televiziya müraciətində Türkiyənin məşhur solçu şairi, mərhum Nazim Himətin şeirindən sitat gətirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A. Tsipras erkən seçkilərin yolunu açmaq üçün istefaya getdiyini bildirib. “Daha güclü bir hökumət qurmaq üçün istefa verirəm. Sizdən də daha güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm”, – deyə o, xalqa müraciətində söyləyib. Bu zaman A. Tispras Nazim Hikmətin “Ən gözəl günlərimiz hələ yaşamadıqlarımız” misrasını tələffüz edib.

Baş nazir istefa qərarını yaxın silahdaşları ilə 5 saatlıq müzakirənin yekununda qəbul edib. Avropa İttifaqı ilə imzaladığı 86 milyard avroluq kredit anlaşmasının qüvvəyə minməsini gözləyən A. Tsipras kreditin 23 milyard avro məbləğində ilk tranşının alınmasından sonra istefasını açıqlayıb. Erkən seçkilərin sentyabrın 20-də keçiriləcəyi gözlənilir.

N. Hikmətin şeirinin orijinalı isə belədir: En güzel deniz:

Henüz gidilmemiş olanıdır.

En güzel çocuk:

Henüz büyümedi.

En güzel günlerimiz:

Henüz yaşamadıklarımız.

Ve sana söylemek istediğim en güzel söz: Henüz söylememiş olduğum sözdür…

Short URL: http://www.cumhuriyyet.net/?p=29949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728