“Bu, “DQR”-i tanımaq demək deyil”

21.08.2015 - 12:37

nibletBöyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti ” kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.

TEAS-dan virtualaz.org saytına verilən məlumata görə, R.Niblet sözügedən məktubda bəyan edib ki, “Chatham House”un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma “DQR”-in tanınması və ya dəstəklənməsi demək deyil. “Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır.

R.Niblet TEAS-a ünvanladığı məktubda gələcəkdə bu kimi tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndəsini də qonaq etməyə hazır olduqlarını bildirib.

Məktubun sonunda institutun direktoru bir daha vurğulayıb ki, “biz daha geniş miqyasda isə hər zaman etdiyimiz kimi, Azərbaycan hökumətinin rəsmilərinə danışıqlar aparılması və müxtəlif tədbirlərimizdə iştirak etmələri üçün “Chatham House”da şərait yaratmağa həmişə hazırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=29975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728