Ermənistanın Qarabağı geri qaytarmasında ilk addım

23.08.2015 - 20:12

ermenistanErmənistan prezidenti Serj Sarkisyan bu ölkənin Konstitusiya islahatları layihəsini parlamentə təqdim edib.

ANS PRESS-in məlumatına görə, rəsmi İrəvan islahatlara getməkdə əsas məqsədin ölkənin demokratikləşmə səviyyəsinin dərinləşdirilməsi olduğunu bəyan etsə də, bir sıra müstəqil ekspertlər Konstitusiyanın Qarabağı Azərbaycana qaytarmaq üçün dəyişdirildiyini iddia edirlər.


I Qarabağ müharibəsi

Bütün postsovet məkanını əhatə edən “Eurasia Daily” informasiya agentliyinin Ermənistan üzrə siyasi şərhçisi Anuş Levonyan bu ərəfədə yazdığı məqaləsində qeyd edib ki, islahatlar nəticəsində ölkənin siyasi elitası gəncləşəcək: “Hakim partiyanın Qarabağ müharibəsi dövründə özlərinə karyera qurmuş və var-dövlət yığmış veteranlarının yerinə Qarabağ hərəkatı ilə birbaşa əlaqəsi olmayan, problemə köhnə partiya qvardiyası, “müharibə nəsli” kimi birmənalı baxmayan insanlar gələcək. Uyğun olaraq, hətta psixoloji baxımdan, onların mübahisəli, cəmiyyətdə hətta yetərincə nifrət oyada biləcək nizamlama variantlarını qəbul etməsinə və irəli sürməsinə heç nə mane ola bilməyəcək”.


İşğal edilmiş torpaqları Ermənistanın hakim partiyasının təmsilçiləri əkib pul qazanır

Anuş Levonyanın fikrincə, hakim partiyanın təmsilçiləri həm də işğal edilmiş ərazilərdə geniş tarlaları əkib-becərib, pul qazandıqlarına görə qoşunları geri çıxarmaq istəmirlər. O, gənc nəslin hakimiyyətə Ermənistanın parlament respublikasına çevrilməsindən sonra gələcəyini düşünür.

Ermənistanda konstitusiya islahatları üzrə peşəkar komissiyanın üzvü Hrayr Tovmasyanın sözlərinə görə, islahatlarda əsas məqsəd ölkəni prezident respublikasından parlament respublikasına çevirməkdir. Prezidentlik rəmzi vəzifə olacaq və deputatlar tərəfindən seçiləcək. Parlament seçkiləri yalnız proporsional sistemlə keçiriləcək. Dinc zamanlarda hərbi qüvvələr hökumətə tabe olacaq, onlara müdafiə naziri rəhbərlik edəcək. Müharibə vaxtı baş nazir ali baş komandan olacaq. Silahlı qüvvələrdə ən yüksək şəxs Baş Qərargah rəisi olacaq.


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları

Yəni normal məntiqlə, islahatlardan sonra erməni cəmiyyətində Qarabağı Azərbaycana qaytarmağa görə qınaq obyektinə konkret şəxs yox, hakimiyyətdə olan partiya çevriləcək ki, bu da işi xeyli asanlaşdırır. Ermənistanda Dağlıq Qarabağı və Azərbaycanın işğal edilmiş digər rayonlarını “qanla geri qaytarılmış” ərazilər sayırlar və həmin torpaqların Azərbaycana qaytarılmasını ağıllarına belə gətirə bilmirlər. Buna görə də dövlət başçısı olan şəxs özünün və ailəsinin gələcəyi barədə ehtiyat edərək qoşunların işğal olunmuş torpaqlardan geri çıxarılması barədə qərar verməyə risk etmir. Anuş Levonyan bu baxımdan hakimiyyətə kollektiv şəkildə gələcək gənc nəslin çəkinmədən bu addımı ata biləcəyini və Qarabağı Azərbaycana qaytara biləcəyini vurğulayır.

Lakin ANS PRESS-ə müsahibə verən politoloq Qabil Hüseynli erməni şərhçinin bu proqnozunu o qədər də həqiqətə uyğun saymır: “Qarabağ məsələsi Ermənistanda dini inancdan da mühüm məsələdir. Ermənilərin hamısı bu məsələdə yekdildirlər ki, qanla alınmış torpaqları vermək olmaz. Böyüyən gəncliyi də məhz bu ruhda tərbiyə edirlər. Çətin ki, parlamentə gələn yeni nəsillər bu məsələdə fərqli mövqe ortaya qoysunlar”.


Qabil Hüseynli – politoloq

Politoloqun fikrincə, əksinə Ermənistandakı konstitusiya islahatları Qarabağ məsələsinin dinc yolla həllini çətinləşdirəcək. Çünki islahatlar müxalifətin siyasi gücünü artıracaq və hakimiyyət Qarabağ münaqişəsinin həlli üzrə hansısa bir qərar vermək istəsə, müxalifət dərhal onu əngəlləyəcək.

Qabil Hüseynili Azərbaycanın dinc danışıqları davam etdirməklə yanaşı münaqişənin hərb yolu ilə həll edilməsinə hazırlaşmasını vacib sayır: “Qanla verilmiş torpaqlar, yalnız qanla geri alına bilər. Ermənistanı fakt qarşısında qoymaq lazımdır. Torpaqlarımızın işğaldan hərb yolu ilə azad edilməsi həm Allah qarşısında, həm Vətən qarşısında borcumuzdur. Amma, təbii ki, buna hazırlığımız olmalıdır və güclü ordu qurmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728