Yenidən dirçələn “Hafka” Ziya Məmmədova meydan oxudu

24.08.2015 - 09:41

hafka“Mənə arxadan zərbə vuranlar…”; Beynəlxalq Bankdan götürüb qaytarmadığı kreditə görə həbs təhlükəsi ilə üzləşmiş Hafiz Məmmədov Azərbaycana qayıdıb; onun birdən-birə dirçəlməsi suallar doğurur; qalmaqallı biznesmen yaxın ətrafı ilə keçirdiyi toplantıda pis günlərin arxada qaldığını deyib

Ötən həftəsonu Beynəlxalq Banka kredit borcunu qaytarmadığı üçün həbs edilən 17 iş adamının həbs müddəti uzadıldı. Qeyd edək ki, həbs edilən bütün biznesmenlər DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar. İddialara görə, bu günə qədər borclu oliqarxlardan cəmi 160 milyon dollar geri alına bilib. Bu səbəbdən də həbslərin davam edəcəyi gözləniləndir.

Həbs təhlükəsi ilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən Hafiz Məmmədovun (“Hafka”) adı isə sanki yaddan çıxıb. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz H.Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan “Hafka” aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib. 
H.Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Xatırladaq ki, H.Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin hələ mayın 18-də həbs qətimkan tədbiri seçdiyi barədə xəbərlər yayılmışdı. Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan iş adamı Azərbaycandan çıxa bilmişdi. Məlum olmuşdu ki, qalmaqallı biznesmen Londondadır və müalicə olunur.
İqtidarın Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işində heç kimə güzəştə getməməsi xəbərləri fonunda  “Hafka”nın adının borclular siyahısında hallanmaması təəccüb doğurur.
Əldə etdiyimiz məlumata görə, borc bataqlığında olan “Hafka” son bir ayda möcüzəvi şəkildə dirçəlib. Bunu onun prezidenti olduğu “Bakı” klubunun maliyyə vəziyyətinin düzəlməsi də təsdiq edir. Belə ki, bir neçə gün əvvəl “Hafka” futbolçuların hətta başa çatmamış avqust ayına olan məvaciblərini verib. Klubun sahibi futbolçulara çatdırıb ki, bundan sonra maaşlarını vaxtında alacaqlar.
Daha maraqlı və sensasion hadisə isə biznesmenin  “Bakı” klubunun rəsmiləri ilə görüşündə baş verib.  “Hafka” onun əleyhinə kampaniya aparanların tezliklə əməllərindən peşman olacaqlarını bildirib. H.Məmmədov “çox şükür, indi çox rahatam, bütün problemlər, demək olar, həll olundu, qalıb 1-2 məsələ…Onlar da vaxt almayacaq” – deyib. O, kimlərəsə mesaj da verib: “Görəcəksiz, ayağıma gələcəklər. Mənə arxadan zərbə vuranlar öz cəzalarını alacaqlar. Mən Allahıma və dövlətimə çox inanıram. Haqq iş yerdə qalmaz. Son 2 ildə olanları heç kimə arzu eləmirəm. Yaxşı günlərimiz bundan sonra başlayır. Ümumiyyətlə, çox adamı tanıdım”.
Məlumdur ki, “Hafka”nın sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı səbəbindən klubun səhmlərini nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyev nəzarətə keçirmək üçün çox çalışırdılar. “Hafka”nın tikanlı sözlərinin də C.Hacıyevə və bir vaxtlar verdiyi müsahibədə “atam” dediyi Ziya Məmmədova ünvanladığı aydındır.
H.Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub və onun himayədarlığı altında iqtisadi imperiya qurub. Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsini göründüyü kimi, “Hafka” “arxadan zərbə” hesab edir.
İddialara görə, “Hafka”nın Məmmədovlarla artıq heç bir ortaqlığı qalmayıb. İş adamı isə daha qüdrətli bir məmur-oliqarxın “krışalığı”altına keçdiyindən  maliyyə vəziyyətini düzəldib və həbs təhlükəsindən qurtulub. Amma bu “krışalıq” müqabilində H.Məmmədov biznesinin ən gəlirli sahəsindən – neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki H.Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı. İndi isə özünün dediyi kimi, problemlərini həll edib və rahatdır. Amma onun əvvəlki qüdrətini qaytaracağı və kimlərinsə onun ayağıma gələcəyi real deyil.
“Yeni Müsavat”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031