Generalın kirvəsi ilə Rövşən Lənkəranskini nə bağlayır? – İlginc iddialar

24.08.2015 - 10:42

rovsenBir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun Lənkəranda qiyməti milyonlarla manatla ölçülən otel-restoran tikdiridiyi barədə məlumat yayılmışdı.

1440244503_xazarHəmin məlumatda bildirilirdi ki, “Xəzər Palace” adlanan dəbdəbəli otel-rsstoran Aşağı Nüvədi kəndində Xəzərin sahilində inşa edilib. Bu xəbər nə DİN, nə də BDYPi tərəfindən təkzib edildi. Yayılan məlumatlarda o da qeyd edilirdi ki, şöbə müdirinin belə bahalı otel-restoran inşa etməsi onun nömrə alverində əldə etdiyi gəlirlərin hesabınadır. İddia olunurdu dövlət qiyməti 18-20 manat olan nömrələr Müşfiq Rəhimovun kabinetində 18-20 min manat civarında qaldırılır. Söhbət əlbəttə ki, cüt nömrələrdən gedir. Hətta şöbə rəisinin 200 min manat qiymətləndirdiyi nömrələrin də olduğu bildirilirdi. Lakin həmin məlumatda Müşfiq Rəhimovun nömrə biznesinə kim tərəfindən və nə üçün yaşıl işıq yandırıldığı barədə heç bir qeyd yox idi.

Bu barədə bəzi təfərrüatlar məlum olub. Azmedia.info-ya bildirilir ki, Müşfiq Rəhimovun nömrə biznesi əslində BDYPİ-nin rəisi Ramiz Zeynalovun xeyir-duası ilə həyata keçirilir. Məlumatlara görə, Ramiz Zeynalovun Müşfiq Rəhimova xeyir duasının kökündə qohumluq əlaqələri dayanır.

Bildirilir ki, şöbə rəisi Ramiz Zeynalovla kirvədir. Daha doğrusu Müşfiq Rəhimov generalın nəvəsinin kirvəsidir. Məlumata görə, nömrə biznesində Ramiz Zeynalovun kürəkəni Füzuli Quliyev də şərikdir.

1440244545_neonBundan başqa iddia olunur ki, Bakıda fəaliyyət göstərən və “Rövşən Lənkəranski” kimi tanınan qanuni oğru Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon” restoranı da əslində Müşfiq Rəhimova məxsusdur. Sadəcə restoranın idarəçiliyinə nəzarət qanuni oğruya tapşırılıb.

Qeyd edək ki, Müşfiq Rəhimovla Gəncə Avia Təmir zavodunun qeyri-rəsmi rəhbəri Hacı Etibar Həsənovun  arasında ziddiyyətlərin olduğu barədə də məlumatlar var. Hacı Etibar ölkənin ən varlı şəxslərindən biridir. O, həm də dəbdəli həyat tərzi ilə seçilir. Təkcə oğlunun 300 min dollarlıq “Porshe” sürdüyünü vurğulamaq kifayətdir. Onun və ailəsinin xidmətində olan avtomobillərin ümumi dəyəri 2 milyon dollara yaxındır.

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlamağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031