İsrail niyə HƏMAS-la danışıqlar aparmalıdır? – Təhlil

25.08.2015 - 11:02

hemasİsrail yumurtanı qırmadan qayğanaq bişirmək istəyir.

Sondan başlayaq. Pərdəarxasına boylanaq. Sonra isə fəaliyyətdə olan şəxslərdən danışarıq. Deməli, Qəzada HƏMAS-la uznmüddətli atəşkəs sazişi bağlamaq məqsədilə təmaslar gerçəkləşdirilir. Danışıqların məğzi aydındır və nəticələrdən hamı, o cümlədən israillilər məmnun qala bilər: beş və yaxud on il ərzində sərhədin hər iki tərəfində sakitlik, bölgədən blokadanın götürülməsi, Qəzanın bərpası üzrə beynəlxalq səylər və bölgədə dəniz limanının inşası. Müqavilə İsraili HƏMAS-ı tanımağa, hansısa ərazidən əl çəkməyə və yaxud yəhudi qəsəbələrindən imtina etməyə məcbur etmir. Nəyi pisdir? Niyə sabah bu cür müqavilə bağlanmasın?

Və dövlətdə, siyasətdə hərc-mərclik buradan başlanır. Oyunçuların əksərriyyəti həmişəki kimi öz maraqlarına ziyan vuraraq HƏMAS-la müqavilə bağlamağın əleyhinə çıxış edirlər.

Bir sıra ekspertlərin fikrncə, Səudiyyə Ərəbistanı və Qətər İranın bölgədə nüfuzunu zəiflətməkdən ötrü hərbi-siyasi sünni oxu yaratqmaqda maraqlıdır. Onlar Türkiyə və HƏMAS-ı bu oxun işturakçısı kimi görür. Türkiyə istəyir ki, müqavilə Qəzada bağlansın. Türk hökumətinin təmsilçiləri müqavilənin imzalnması yolunda artıq ciddi irəliləyişdən xəbər verirlər. İsrail Tükiyə ilə pozulmuş münasibətlərin bərpasını istəyirsə, bu məsələdə fəaliyyətini Ankara ilə əlaqələndirməlidir. Lakin bu, baş vermir.

Sünni oxunun üzvü olan Misir də HƏMAS-a və onun müttəfiqi “Müsəlman qardaşlar”a nifrət edir. Digər tərəfdən, general əs-Sisi Ər-Riyadın təşəbbüsünə qarşı çıxış edə bilmir. Çünki Misir iqtisadiyyatı Ər-Riyadın sayəsində ayaqüstə durur.

Üçüncüsü, Qahirə Sinay yarımadasında “Əl-Qaidə” qruplaşmasına qarşı duran “HƏMAS üzərində nəzarəti tamamilə itirmək istəmir. Məhz buna görə HƏMAS nümayəndələrinə Qahirəyə gəlib danışıqlara qatılmaq icazəsi verilmişdi. Kip bağlanmış Qəza bölgəsindən böyük dünyaya yeganə çıxış olan Rafiahdakı nəzarət-buraxılış məntəqəsi məhz buna görə açılmışdı.

İsrail həmçinin Misirlə münasibətlərdə kövrək balansı qoruyub saxlamalıdır. Biz ölkənin güneyində barışıq və dinclikdə maraqlıyıq, lakin HƏMAS-la təması istəmirik. İsrail sağları və solları öz imtinalarını müxtəlif, bəzən isə tamamilə zidd səbəblərlə əsaslanıdrsalar da, bu məsələdə birfikirlidirlər. Sağlar HƏMAS-a legitimləşmək imkanı verməməkdən ötrü onunla danışıqlar aparmaq istəmirlər. Sollar isə öz sevimliləri Mahmud Abbasa ziyan vurmamaqdan ötrü HƏMAS-la təmasa girmək istəmirlər. İsrailin sol düşərgədən bəzi siyasətçiləri hesab edirlər ki, HƏMAS Qəzada iqtisadi bərpaya başçılıq etsə, bu o deməkdir ki, Əbu Mazən baş verənlərə hansısa təsirdən məhrum olacaq, həm də Fələstin dövləti yaradılmayacaq. İsrail yumurtanı qırmadan qayğanaq bişirmək istəyir. Qəza bölgəsində sakitlik əldə etmək, lakin həm də HƏMAS-la danışıqlara getməmək. Bu necə uzalaşa bilər, qətiyyən aydın deyil. Sadəcə, mümkün deyil. Və buna görə də HƏMAS-la pərdəarxası danışıqlar aparırırq. Eynilə “Sarsılmaz qaya” əməliyyatının gedişatında Gilad Şalitin azad edilməsi üzrə bu qruplaşma ilə apardığmız danışıqlar kimi. FAT-la da (Fələstin Azadlıq Təşkilatı-red) münasibətlər eynilə bu cür inkişaf etdi. Mən otuz il əvvəl 1986-cı ildə jurnalist kimi İsrailin Budapeştdə Mahmud Abbasla görüşən solçu radikal nümayəndələrini müşayiət edirdim. İsrail qanunu terrorçu qruplar sırasında adı çəkilən FAT-la istənilən təması qadağan edirdi. İsrail heyətinin iştirakçıları ölkəyə dönəndə polis onları birbaşa aeroportda həbs etdi. Əbu Mazən bu gün Fələstin administrasiyasının başçısıdır. Onun iqamətgahı üzərində bayraq yellənir. Bu bayraqdan istifadə keçmişdə həbsə səbəb ola bilərdi.

Mən HƏMAS-a ikrahla yanaşıram. Həm də təkcə mən yox. Söhbət İsrail dövlətini məhv etməyə can atan küt dini fanatlardan gedir. Onlar öz xalqlarını müdafiə etməyə və Qəza bölgəsini bərpa etməyə çox da cəhd etmirlər. HƏMAS-ın başçıları ancaq bircə şey istəyirlər – öz gönlərini xilas etmək və bölgədə hakimiyyətlərini qoruyub saxlamaq. Həm də İsrail uzun müddət ərzində bu amildən öz maraqları üçün istifadə edə bilər. Ərəfatla Mahmud Abbas danışıqlarda İsrailin tərəfdaşı ola bilirdisə, onda HƏMAS da bu cür tərəfdaş ola bilər.

 

Şalom Yeruşalmi

“NRG” (İsrail), 24.08.2015

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30295

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728