Oliqarxlar Putinə qarşı: Hakimiyyət böhranı

25.08.2015 - 11:17

qabilRusiyada əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda ölkədə siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Qərb Rusiyaya qarşı yeni sanksiyalardan əl çəkən deyil:

“Rusiya iqtisadiyyatı misli görünməmiş inflyasiya dövrünü yaşayır. Rus neftindən imtina və ölkənin beynəlxalq bank sistemindən uzaqlaşdırılması qaçılmaz ola bilər. Bu reallıq özünü doğruldarsa, rus iqtisadiyyatı iflas edəcək. Hazırda Moskvanın Pekinlə əlaqələrində müəyyən gərginlik yaranıb. Çünki Çinin vəziyyəti də pisləşməkdədir. Üstəlik, Pekin Moskvanı özünə etibarlı tərəfdaş hesab etmir. Bu səbəbdən də 400 milyard dollarlıq qaz layihəsi şübhə altındadır. Qərbdən ciddi təzyiqə məruz qaldığı bir şəraitdə üzünü Çinə çevirən Moskvanın Pekindən ümidini üzdüyü hiss olunur. Çırpınan Rusiyanın Oxot dənizində neft yataqlarının axtarışı ilə bağlı yeni layihəsi qeyri-real görünür. Çünki layihəyə ilk növbədə Çin və Cənubi Koreya razılıq verməlidir. İkincisi isə, layihə üçün lazımı vəsait Rusiyada yoxdur”.   Politoloq Rusiyada artan hakimiyyətdaxili çəkişmələr fonunda siyasi böhranın qaçılmaz ola biləcəyini istisna etməyib:

“Belə layihələr hər zaman Putin tərəfindən irəli sürülürdü. Ancaq indi baş nazirin dilə gətirməsi hakimiyyətin qanadları arasında müəyyən parçalanmanın olmasından xəbər verir. Ölkə oliqarxlarının Putinin yeritdiyi siyasətə qarşı narazılığı durmadan artır. Rusiyanın problemləri getdikcə dərinləşir və bu, müxtəlif formalarda təzahür edə bilər. Əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30306

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031