Nazirlikdə “çalxalanma”: Mikayıl Cabbarov sektor müdirini işdən azad etdi – Diplom qalmaqalı

25.08.2015 - 12:01

Mikayil_Cabbarov_201012a7Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.

Bu barədə Təhsil Nazirliyindəki mənbələrdən məlumat verilib.  Bəzi həmkarları onun könüllü olaraq işdən çıxdığını desələr də, məsələnin kökündə başqa məqamların olduğu qeyd edilir.

Belə ki, Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onun qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması olub.

Mənbə onu da bildirir ki, nazirlikdə Nəzakət Hacıyevanın işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.

Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə Nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər.

Bu xanımın vəzifəsindən çıxarılması ilə Təhsil Nazirliyində ən çox tənqidə məruz qalan sahənin düzələcəyini güman etmək olar(Modern.az).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30324

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728