İqtidar seçkilərədək nə edəcək?

26.08.2015 - 10:21

natiqNatiq Cəfərli: “İqtidarda ciddinarahatlıq var”; Fəzail Ağamalı: “Ajiotaj yaratmağın mənası yoxdur”

Bəzi ekspertlər bu il növbəti devalvasiyanın olacağını proqnozlaşdırırlar. Amma siyasətçilər tamam fərqli düşünürlər. Onlar hesab edirlər ki, ölkə iqtidarı noyabrda keçiriləcək parlament seçkilərinə qədər bu prosesin qarşısını alacaq.

 
İqtisadçı ekspert Natiq Cəfərli də bu qənaətdədir. O hesab edir ki, Azərbaycan parlament seçkiləri ərəfəsində olduğuna görə bu cür iqtisadi kataklizmlərin artmasına imkan verməyəcək: “Doğrudur, seçkilərin yaxınlaşması hiss olunmur.  Amma hər halda, parlament seçkiləri önəmli hadisədir. Siyasi proseslərin aktivləşməsi üçün müəyyən pəncərələr açır. Azərbaycan iqtidarı da siyasi proseslərin aktivləşməsində maraqlı deyil. Növbəti devalvasiya seçkilərə qədər baş versə, bu, siyasi aktivliyin yüksəlməsinə təkan verə bilər. Hakimiyyət çalışacaq ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, noyabra qədər kəskin addımlar atmasın. Amma nə qədər bu addım geciksə, sonradan fəsadları ola bilər. İndiki şəraitdə neftin qiymətinin hətta 30 dollara qədər düşməsi ehtimalı var. Bunu nəzərə alaraq, hökumətin müəyyən addımlar atacağı gözlənilir. Çünki ən yaxın qonşu ölkələrimizdə devalvasiya sürətlə gedir. Devalvasiya gedən ölkələrin hər birində müxtəlif səbəblər var. Bir çoxunda neftlə bağlıdır. Rusiya və Qazaxıstanın  neftdən asılılığı çoxdur. Bu ölkələrdə olan devalvasiya digərlərinə də təsir göstərir. Əgər devalvasiyanın baş verməməsi üçün hökumət seçkilərə qədər gözləsə, Mərkəzi Bankın rezervlərinin azalmasının şahidi olacağıq. Söhbət hazırda təkcə devalvasiyadan getmir. İqtisadi vəziyyət ağırlaşıb, iş yerləri bağlanır, insanın gəlirləri aşağı düşür. Bir çox sahələrdə, ümumiyyətlə, durğunluq müşahidə olunur. İqtisadiyyatın bir çox sahələrində ciddi problemlər yaşanır. İşsizliyin artması ehtimalı həddindən artıq yüksəkdir. Bəzi şirkətlər ixtisarlara gedib. Hökumət də məcburdur ki, müəyyən ixtisarlara getsin. Çünki bir il ərzində Neft Fondunun gəlirləri tamam yox ola bilər. Hökumət cəmiyyətlə bunları bölüşməsə də, açıq şəkildə görür”.
 
N.Cəfərli hökumətin də baş verənlərdən narahat olduğunu qeyd etdi: “Düşünürəm ki, iqtidarda da ciddi narahatçılıq var. Devalvasiya ilə bağlı gərginlik artsa, sosial problemlərin daha da artmasına səbəb ola bilər. Bunları nəzərə alaraq, hakimiyyət seçkilərə qədər bu prosesləri yubatmağa çalışacaq. Devalvasiyadan başqa digər proseslər də ölkədə yaşanır. Elə proseslər də baş verər ki, seçkilərə qədər hökumət proseslərin qarşısını ala bilməsin. Seçkilərdən sonra proseslər daha da sürətlənəcək. Çünki iqtisadi problemlər elədir ki, vaxtında qarşısını almayanda, daha da artır. Nəticə idarəolunmaz hala gəlib çıxır. Hökumət problemləri görməzdən gəlir. Bu məsələdən də, ümumiyyətlə, danışmaq istəmirlər”.
İqtidaryönlü deputat Fəzail Ağamalı dünyada bu cür proseslərin getdiyini söylədi: “Dünyada çox ciddi proseslər gedir. Dünya ekspertləri açıq şəkildə söyləyirlər ki, dünyanı maliyyə böhranı gözləyir. Baş verənlər dünyada maliyyə böhranının yaşanacağını istisna etmir. Azərbaycan da dünya içərisində olan bir ölkədir. Dünyada bu proseslər gedirsə, hətta ABŞ və Avropa belə, bu böhranla üz-üzədirsə, Azərbaycan bundan sığortalanmayıb. Sadəcə olaraq, bunun ətrafında ajiotaj yaratmağın  mənası yoxdur.  İndiyə qədər Azərbaycan manatı qorumaq üçün addımlar atır. Düşünürəm ki, ölkəmizin hələ ehtiyat resursları var. Bu resursların hesabına manatın dəyəri saxlanılacaq. Yeni devalvasiyaya imkan verilməyəcək. Buna ümid edirəm. Bu məsələnin şərhində çox istərdim ki, peşəkarların fikirləri əsas götürülsün. Milli Bankın rəhbəri Elman Rüstəmovun, maliyyə naziri Samir Şərifovun həqiqətləri özündə birləşdirən fikirlərinə üstünlük verilməlidir. KİV-lər də çox istərdim ki, bu cür peşəkarların fikirlərinə üstünlük versinlər. Çünki hər bir Azərbaycan ailəsi üçün önəmli bir məsələdir”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=30401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728