Bəzi iqtidar deputatları infarkt həddində – Siyahı gecikir

26.08.2015 - 11:04

parlamentYAP-ın rəsmi və qeyri-rəsmi siyahısında bir çox məşhur adlar olmaya bilər; 20 il millət vəkili olmuş və yaşı 70-də yuxarı əksər Milli Məclis üzvlərinin növbəti heyətə salınmayacağı iddia olunur…

Parlament seçkilərinə rəsmi start verilməsinə düz 1 həftə qalır. Gələn həftənin bu günü, başqa sözlə desək, sentyabrın 1-də seçkidə iştirak edəcək şəxslər öz namizədliklərini irəli sürəcəklər. Amma bu qədər qısa vaxt qalmasına rəğmən hələ də seçki mühiti hiss olunmur. Hazırkı vəziyyət deməyə əsas verir ki, budəfəki parlament seçkiləri Azərbaycan tarixinin ən sönük seçkisi olacaq.

 
Azərbaycanın siyasi mühitinin təlatümlərdən uzaq olmasını iqtidar istəyir. Hakimiyyət çalışıb tempi aşağı salır ki, siyasət aktual olmasın. Ölkə əhalisi, mediası siyasi prosesləri prioritet olaraq yaşamasın. Siyasətin aktuallaşması müxalifətin dirçəlməsinə, güclənməsinə və təşkilatlanmasına gətirib çıxarır. Paralel olaraq cəmiyyət siyasi baxımdan canlanır. İnsanlar öz iradələri ilə seçim etməyə həvəslənir. Nəticə isə hökumətin ziyanına olur. 
Sonuncu dəfə 2013-cü ilin prezident seçkiləri zamanı bunun şahidi olduq. İki il öncə müxalifət nə qədər zəif, dağınıq vəziyyətdə olsa da seçki ərəfəsində toparlanıb hakimiyyətə ciddi problemlər yaşada bildi. Hətta Rüstəm İbrahimbəyov projesi iflasa uğrasa da müxalifət seçki prosesində boy və güc göstərməyi bacardı. Bu da iqtidara izafi problemlər yaradır. Seçkinin təbliğat-təşfiqat mərhələsində tele-debatlar zamanı iqtidar rəqib namizədlərdən nə qədər “zərbələr” yeyir.
Buna görə də hakimiyyət seçkinin sönük keçməsi üçün təbliğat-təşviqat müddətini iki dəfədən çox azaldıb. Bütövlükdə seçkiyə marağın azalması üçün əlindən gələni artıqlaması ilə edir. Nəticə var… Daha parlament seçkilərində iştirak üçün nə əvvəlki həvəs var, nə də kütləvilik. Hər kəs anlayır ki, təsadüf və şans əsəri parlamentə düşə bilməz. Ona görə də iddialılar maksimum praqmatik davranmağa üstünlük verir. Bu da hakimiyyətin seçki siyasətinə çox yaxşı cavab verir.
Parlament seçkiləri ilə bağlı ləngimənin səbəbi təkcə seçki prosesinin dinamikliyini bəri başdan süni şəkildə əngəlləmək deyil. Hakimiyyət bu il seçkilərlə bağlı ciddi problemləri həll etməlidir. Məsələn, yaşı 70-dən yuxarı deputatların növbəti dəfə Milli Məclisə düşmələri ilə bağlı hakimiyyət dəhlizlərində qızğın müzakirələrin getdiyi haqda informasiyalar var. Həmçinin 4 çağırış deputat olmuş “stajlı” millət vəkillərinin əksəriyyəti ilə üzülüşmək planının olduğu haqda bilgilər dolaşır. Deputat rektorların növbəti seçkidə iştirakı da mübahisəlidir. Bu üç kateqoriyaya daxil olan deputatların bu hakimiyyət qarşısında bu və ya digər şəkildə xidməti var. Bu səbəbdən onlara birbaşa qapını göstərə bilmirlər. Amma yaxın iki gün ərzində radikal qərarın veriləcəyi şübhəsizdir. Çünki artıq seçki qapını kəsdirib. Hakimiyyət istəsə də, istəməsə də bu qərarı verib seçkidə iştirak edəcək namizədlərinin siyahısını rəsmiləşdirməlidir. Zaman gözləmir.
Bu arada, əldə etdiyimiz məlumata görə, bəzi iqtidar deputatları həddən artıq narahatdır. Onlara seçkidə iştirak edib-etməyəcəkləri haqda heç bir sözün deyilməməsi həmin deputatların hətta sağlıq durumuna mənfi təsir göstərib. Hər halda, mənbəmiz belə söyləyir.
Məlumatlarda deyilir ki, bir sıra deputatlar üçün növbəti parlamentə düşmək ölüm-qalım məsələsinə çevrilib. Ona görə də onlar çalışıb bugünlərdə özləri haqda dəqiq məlumatlar əldə etmək istəyirlər. Lakin siyahı o qədər məxfi saxlanır ki, ondan hakimiyyətin hətta yuxarı qatında təmsil olunan məmurların əksəriyyəti məlumatsızdır. 
 
Lakin siyahının hazır olduğu da istisna edilmir. Yaxın günlərdə kimlərin dövrünün qapandığı, kimlər üçün yeni dövrün açıldığı bilinəcək. 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30423

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031