Ermənistan Rusiyaya arxa çevirsə, yer üzündən silinəcək! – Tanınmış rus politoloq

26.08.2015 - 11:22
duqin“”Avrasiya İqtisadi İttifaqı “Nuhun gəmisi”dir, kim bu gəmiyə minsə, yaşamağa, var olmağa davam edəcək, minməyənlər isə Yer üzündən silinəcəklər”
Ölkə.az xəbər verir ki, bu sözləri Ermənistan mətbuatına müsahibə verən Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı politoloq Aleksandr Duqin deyib.
Qlobal iqtisadi böhran və geosiyasi qarşıdurmadan danışan Duqin ABŞ tərəfindən yaradılmış iqtisadi-maliyyə sisteminin bu ölkənin maraqlarına xidmət etdiyini, dünyanın geridə qalan hissəsinin isə maraqlarına cavab vermədiyini bildirib.
“Bir gün bütün bunlar sona yetəcək, amma hələlik domino effekti ilə Rusiya, Çin, Hindistan, Braziliya və digər ölkələr böyük ziyan çəkəcəklər. BRİKS ölkələri artıq bu amerikan iqtisadi sistemindən çıxmağa çalışırlar. Bu asan olmayacaq, çünki bu ölkələr amerikanlar tərəfindən yaradılmış sistemə çox dərin inteqrə olublar və birdən-birə bu sistemdən çıxmaq bütövlükdə dünya iqtisadiyyatını uçuruma apara bilər”, deyə Duqin vurğulayıb.
Daha sonra politoloq qeyd edib ki, Rusiya hazırkı qlobal iqtisadi böhrandan çıxmaq üçün alternativ sistem yaratmağa çalışacaq. Bu sistem Avrasiya İttifaqı ölkələrini qorumaq üçün nəzərdə tutulub. Ermənistanın iqtisadiyyatı çoz kiçikdir, qlobal iqtisadiyyatda heç bir çəkisi yoxdur və tam olaraq Rusiyadan asılıdır. Rusiya özü də iqtisadi cəhətdən çox güclü deyil, amma bizim başqa gücümüz var, bu nüvə silahıdır, təbii ehtiyatlarımızdır, böyük ərazimizdir və başqa vacib şeylərdir.
Duqinin sözlərinə görə, əgər Rusiya bu ağır və dərin böhrandan çıxa bilərsə, onda Ermənistanı da xilas edəcək, amma əgər Rusiya üçün bu çətin və həlledici məqamda Ermənistan Qərbə meyl edərsə, onda yer üzündən silinəcək. Ermənistan Qərbə lazım deyil. Qərbə Qarabağ münaqişəsini öz nəzarəti altına alaraq Rusiyaya Qafqazda zərbə endirmək lazımdır. Ermənistan hazırda Rusiyadan ikiəlli, möhkəm yapışmalıdır, əks təqdirdə o, məhvə məhkumdur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30434

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728