Azərbaycanda qohum olan məmurlar – Yol verin qudam gəlir

27.08.2015 - 13:31

uzukAzərbaycanda bəzi məmurların qohumluq münasibətində olması, bir-birilərinə qız verib, qız alması heç kimə sirr deyil.

Aktual.az bu məqalədə bir-birilə qohumluq münasibətində olan məmur və deputatlardan bəhs edəcək.

Nəqliyyat naziri Ziya Məmmədovla Kənd Təsərrüfatı naziri Heydər Əsədov qudadır. Belə ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov Heydər Əsədovun qızını özünə xanım seçib.

Ziya Məmmədovun qızı isə Milli Məclisin deputatı Əlağa Hüseynovun oğlu ilə ailə həyatı qurub. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də Ziya Məmmədovla qohumdur.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oğluna Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin alıb.

Vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı Binəqədi rayonunun hazırki icra başçısı Xaləddin İsgəndərovdur.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AHİK sədri Səttar Mehbalıyevlə qudadır.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Prezident Admisntrasiyasının şöbə müdiri Məhərrəm Əliyevlə sabiq səhiyyə naziri Əli İnsanov quda olsalar da, sonradan övladları yola gedə bilməyib və yollarını ayırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=30643

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728