Azərbaycanda bir ilk – Qadın nazir təyin olundu
Vasif Talıbov sərəncam imzaladı.
Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və turizm naziri vəzifəsinə qadın təyin olunub.
Bu barədə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov sərəncam imzalayıb.
Nazir vəzifəsini Natəvan Tofiq qızı Qədimova tutacaq. O, indiyədək Muxtar Respublikanın mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=30959