Türk polisinin basqın etdiyi şirkət Azərbaycanda – Gülənin daha bir imamı-Faruk Mərcan QAÇDI

02.09.2015 - 11:59

fetullahTürkiyə seçkilərə gedərkən PKK və Paralel Şəbəkəyə qarşı hücum taktikasından vaz keçilmir. Tam əksinə, hər iki terror örgütünü bitirmək üçün əməliyyatlar davam edir. PKK-nı bitirmək üçün hər gün Kandilə bombalar yağdıran Türk Hökuməti Fətullah Gülən Şəbəkəsini də “boş buraxmır”.

55e5432dd469566c65a0e24c“Samanyolu”ndan sonra Türkiyə dövləti Gülənin ən böyük biznes strukturlarından olan Koza İpək Holdinqə basqın edib. “Kanaltürk”, “Bu gün TV” telekanalları və “Bu gün” qəzetinin sahibi olan Koza İpək Holdinq həm də Azərbaycanda fəaliyyət göstərən “Koza Davətiyyə” Şirkətinin sahibidir.  “Gülənin bir gülüşünə bütün sərvətimi verərəm” deyən Akın İpekin sahib olduğu Koza İpək Holdinqə daxil şirkətləri bunlardır:

232Koza Altın

Koza Anadolu Metal

Özdemir Antimuan

İpek Doğal Enerji

Koza İpek Basın ve Basım

Konaklı Metal Madencilik

Atp İnşaat

Koza İpek Tedarik

Atp Koza Gıda

Atp Havacılık

Atp Koza Turizm

Kanaltürk

Kanaltürk Radyo

Bugün TV

Bugün Gazetesi

Koza İpek Eğitim

İpek Üniversitesi

Koza İpek Sigorta

“Kanaltürk” qanunsuz ələ keçirilib

20111231080643!Kanaltürk_logosuTürkiyə bu əməliyyatdan danışarkən “Kanaltürk”ün köhnə sahibi, CHP millət vəkili Tuncay Özkan kanal ilə bağlı şok açıqlama verib. Onun sözlərinə görə, kanalın alqı-satqısı zamanı fətullahçılar hiylə və saxtakarlıq ediblər: “Mən 36 dəfə məhkəməyə müraciət etsəm də, fətullahçılar kanalı ələ keçirməklə yetinməyib, özümüzü də həbs etdirdilər. Kanaltürk bizimdir və qəsb edilmişdir”.

bulultttbulut2bulut3

 

Kanaltürkün qurucu ortağı və xəbər müdiri Adnan Bulut isə sosial mediada bunları yazdı: “Bu gün azad sözdən, mətbuat azadlığından dəm vuranlar 2008-ci ildə linç edilməyimizə səssiz qaldılar. Fətullahçılar malımıza çökməklə kifayətlənməyib, bizi də Silivri  zindanına göndərdilər. Vergi cəzaları ilə boğdurulduq, reklam almağımız əngəlləndi və kanal xərac olaraq, Akın İpəkə verildi. Kanaltürkü və Eurotürkü dövlətin imkanları ilə, təzyiqlə əlimizdən alan F tipli cinayətkar qrup indi cəzasını çəkir.  F tipli cinayətkar qrupun əlindəki kanaldan azad media olmaz”.

Faruk Mərcan Almaniyaya qaçdı

452334015

Bu arada “Kanaltürk”ün Ankara bürosunun şefi, Gülənin Hidayət Karacadan sonrakı əsas imamı olan Faruk Mərcan da Ergenekon prokuroru Zəkəriyya Öz kimi Almaniyaya “hicrət” edib. Kanaldan verilən rəsmi məlumata görə, “Fətullah Gülən” kitabının müəllifi olan F.Mərcan “iş üçün” Almaniyada səfərdədir.

Dünənki əməliyyatla bağlı “tvitter”dən Türkiyə dövlətinə qarşı təhdidlər yağdıran Faruk Mərcan Azərbaycan oxucusuna da yaxşı tanışdır. Belə ki, onun müəllifi olduğu “Fətullah Gülən” kitabı 2011-ci ildə Azərbaycan dilində nəşr olunub.

Faruk Mərcanın adı eyni zamanda ötən il Azərbaycandakı fətullahçıların gizli məktublarında da hallanmışdı. Gülənə gedən hesabatlar Naci Tosun ilə yanaşı həm də ona göndərildiyi üzə çıxmışdı.

Onun adı Türk siyasətini çalxalayan seks şantaj kassetləri ilə bağlı qalmaqalda da hallanmışdı.

faruk-mercan-sucustu-yakalandi-1205111200_m

Yenicag.az

Short URL: http://www.cumhuriyyet.net/?p=30970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728