REAL həbsdəki liderini deputatlığa namizəd göstərmədi

02.09.2015 - 13:15

ilqarREAL Hərəkatının bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizəd olacaq üzvlərinin siyahısı açıqlanıb.

“Report”un məlumatına görə, təşkilatın icra katibi Natiq Cəfərli mətbuat konfransında deyib ki, seçkilərdə REAL dəstəklədiyi namizədlərlə birlikdə 23 namizəd irəli sürüləcək. Həmin namizədlərdən 17-si REAL-ın, digər 6-sı isə digər təşkilatların üzvləridir.

Belə ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən REAL-ın icra katibi Natiq Cəfərəlinin, 16 saylı Yasamal ikinci seçki dairəsindən hərəkatın idarə heyətinin üzvü Erkin Qədirlinin, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının namizədliyi irəli sürülüb.

Bundan əlavə, REAL “D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək.

Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi irəli sürülməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728