Lavrovun səfərinə Moskvadan baxış – “Dağlıq Qarabağ üçün açar seçirlər”
Lavrovun Azərbaycana gözlənilməz səfəri ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda Rusiyanın nüfuzlu“Kommersant” qəzetində bu mövzu ilə bağlı “Dağlıq Qarabağ üçün açar seçirlər” başlıqlı məqalə dərc olunub.
Qəzet qeyd edir ki, Lavrovun 1 sentyabr üçün proqramında Bakıya səfər nəzərdə tutulmamışdı. O, Moskva Beynəlxalq Münasibətlər İnstitunun tələbələri qarşısında çıxış etməli idi. Bu görüşdən sonra Lavrov Bakıya yola düşüb.
Məqalədə qeyd olunur ki, Lavrovun Bakı səfərində əsas müzakirə mövzusuDağlıq Qarabağ münaqişənin nizamlanması olub. Lavrov və Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün jurnalistlər üçün açıq keçirilən hissəsində bu məsələ ilə bağlı açıqlamalar verilib.
“Kommersant” yada salır ki, “Ötən ilin sonunda Kremlə yanın mənbələr qəzetə bildiriblər ki,“münaqişənin həlli tezliklə tapıla bilər”. Amma münaqişənin həlli ilə bağlı dönüş baş vermədi, əksinə daha da pisləşdi. S.Lavrov son il ərzində dəfələrlə bu məsələyə toxunub. Razılaşmanın əldə olunmasını “Rusiya xarici siyasətinin prioritetlərindən” biri adlandırıb. Rusiya XİN-dən mənbə isə dünən “Kommersant”a bildirib ki, “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynayır. Belə ki, hər iki xalq-ermənilər və azərbaycanlılar bizə yad deyil. Amma men tez-tez eşidirəm ki, münaqişənin nizamlanması ilə bağlı açar Moskvadadır. Əslində isə açar Bakı və Yerevandadır. Hər iki tərəf gərək münaqişənin nizamlanmamasından silahlamaq və sərhəddə gərginliyin yaradılması üçün istifadə etməməlidir.
Məqalədə Moskvanın son illər Qarabağ münaqişəsi ilə bağlı oynadığı rolla bağlı da maraqlı məqamlar açıqlanıb: “ Bu il may ayında E.Məmmədyarovla görüş zamanı Lavrov qeyd etmişdi ki, “Razılaşmaların əldə edilməsi üçün real baza var. Bununla hamı razıdır. İndi lazımdır ki, bu razılıq konkret forumulirovkalara çevrilsin. Sonradan nazirlər 17 iyulda görüşdülər. Məhz o zaman Azərbaycan parlamentinin deputatı Rasim Musabəyovun məlumatına görə, Rusiya tərəfi Qarabağ münaqişəsi ilə bağlı hansısa yeni təkliflər verə “Ehtimal etmək olar ki, bu təkliflər Azərbaycan rəhbərliyində pozitiv qarşılanmayıb. Lavrov isə şəxsən Bakıya gələrək özü izahat vermək və onların qəbulunun vacibliyinə inandırmaq istəyir”, – deyə R.Musabəyov öz Feysbuk hesabında yazıb. R.Musabəyov E.Məmmədyarovun bundan əvvəl Türkiyəyə səfər edərək öz strateji müttəfiqi ilə Rusiyanın təşəbbüslərini müzakirə etdiyini ehtimal edib.
Ermənistan Müdafiə Nazirliyinə yaxın mənbələr isə “Kommersant” qəzetində deyiblər ki, Moskbanın Bakıya silah satmasından narahatdırlar. Amma Lavrovun Bakı səfəri onları narahat etmir”.
Məqalədə sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Minsk Qrupunun amerikalı həmsədrinin iştirakı ilə görüşə biləcəyi qeyd olunub: “Dünən bu məlumatı Yerevandakı diplomatik mənbələr təsdiqləyiblər. İstisna etməyiblər ki, görüş ərəfəsində Minsk Qrupu həmsədrlər məsləhətləmələr üçün Yerevana səfər edə bilərlər”.
Strateq.az
Short URL: http://www.cumhuriyyet.net/?p=31010