Qənirə Paşayeva: “Mənim adımı oradan çıxarın…” – Müraciət

04.09.2015 - 11:53
qenire2Deputat Qənirə Paşayeva yeni müraciət yayıb.
Strateq.az xəbər verir ki, deputat “Facebook”da aparılan sorğudan narahatlığını ifadə edərək, adının anketdən götürülməsinə çağırış edib:
“Hörmətli “Deputat 2015 səhifəsi”nin adminləri!
Dostlar “Facebook”da “Deputat 2015” adlı səhifədə “Son 5 ilin ən yaxşı deputatı kimdir?” adlı sorğu keçirildiyini bildirdilər. Baxdım. Orada səsvermənin ikinci mərhələsi başladığını və orada millət vəkilləri həmkarlarım Azay Quliyev, Fazil Mustafa, Adil Əliyev və Vahid Əhmədovla yanaşı mənim də adımın olduğunu gördüm. Bu səhifənin idarəçilərini tanımıram, amma sosial şəbəkələrdə belə bir rəy sorğusunun keçirilməsinə marağı da anlayışla qarşılayıram.
Mənə dəstək olan və fəaliyyətimi qiymətləndirən hər kəsə, xüsusilə də seçicilərimə öz minnətdarlığımı bildirirəm. Amma səhifədə bəzi insanların bir sıra millət vəkili həmkarlarım olan insanların ünvanına etikadan kənar ifadələr işlətməsini, təhqirləri doğru hesab etmirəm.
Bir az əvvəl millət vəkili həmkarlarım Azay Quliyev, Fazil Mustafa və Vahid Əhmədovun səhifəyə müraciəti ilə bağlı mətbuatda gedən məlumatları oxudum. Onların gətirdiyi arqumentlərlə tam razıyam və onları təkrar vurğulamağa ehtiyac görmədən mən də həmkarlarımın bu müraciətinə qoşuluram və mənim də adımın o sorğudan çıxarılmasını səhifəni idarə edənlərdən xahiş edirəm. Bu düşüncəmizi anlayışla qarşılayacağınıza inanıram”.

Short URL: http://www.cumhuriyyet.net/?p=31261

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728