İlham Əliyev nazirin fəaliyyətini yoxlatdırır
Üsyankar səfir Arif Məmmədovla bağlı qalmaqaldan sonra dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə (XİN) ayrılan pulların ödənilməsində də gecikmələr yaranıb. Bununla bağlı istiqlal.az-a daxil olan məlumatda deyilir ki, hətta bu səbəbdən XİN-ə bağlı bir sıra qurumların internet səhifələrinin də maliyyələşdirilməsi müşkülə çevrilib.
Diplomatlar isə ciblərindən pul ödəmək istəmirlər. Nəticədə iki gün öncə Azərbaycanın xaricdəki bir çox səfirliklərinin internet səhifələri fəaliyyətini dayandırıb. Nazirlik isə vəziyyətdən çıxmaq üçün XİN-in mətbuat xidməti Hikmət Hacıyevin vasitəsilə məlumat yayıb ki, saytlar haker hücumuna məruz qalıb. Əslində isə məsələ XİN-in və nazir Elmar Məmmədyarovun hakimiyyət daxilində nüfuzdan düşməsi və sıxışdırılmasıyla bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=31394