“Özümə qarşı qisasçılıq gördüm…” – Sabiq deputat

07.09.2015 - 11:18

guler“Noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi verməmişəm. Bir sözlə, deputat olmaq üçün seçkilərə qatılmayacam”.

Bunu Modern.az saytına açıqlamasında sabiq deputat Gülər Əhmədova deyib.

O, parlamentdə təmsil olunan deputatların yaş fərqilə bağlı səslənən məsələyə də münasibət bildirib: “Düşünürəm ki, parlamentdə təmsil olunan insanların istər gənc, istərsə də yaşlı olmasının o qədər də önəmi yoxdur. Parlamentdə təmsil olunan dəyərli şəxslərin gənc, yaxud da yaşlı olması diqqət çəkməməlidir. Əsas meyar intellektli olmaq və vətənə, dövlətçiliyə bağlılıqdır”.

Gülər Əhmədova vaxtilə haqqında mətbuatda yazılanlar barədə də danışıb:

“Deputat olduğum dönəmlərdə həmişə jurnalistləri özümə dost hesab etmişəm. Lakin həyatımın məsuliyyətli dövründə jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm. Əlbəttə ki, bu, bütün jurnalistlərə aid deyil. Artıq bunların hamısı tarixdir. Bu barədə danışmağa dəyməz. Əsas olan odur ki, dövlətimiz, müstəqilliyimiz var olsun! Bu qədər!”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=31461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728