Moskva görüşü: Laçın koridoru müzakirədə

08.09.2015 - 10:23

tofiqMoskva artıq hiss edir ki, İrəvana təsir göstərməyin vaxtı çoxdan çatıb və buna görə də son vaxtlar Sərkisyanın komandasına mesajlar verilir.

Bu sözləri Axar.az-a Sərksiyanın gözlənilməz Moskva səfərini şərh edərkən Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ətrafında müşahidə edilən durğunluq uzandıqca bölgədə müharibə ehtimalı artır:

“İrəvan can atır ki, status-kvo dəyişilməz qalsın və vasitəçilər Azərbaycanı müvəqqəti sülhün müharibədən yaxşı olduğuna inandırsınlar. Lakin bütün tərəflər, o cümlədən, Minsk Qrupunda təmsil olunmuş ölkələr də anlayır ki, rəsmi Bakı İrəvanın primitiv gedişlərinə aldanmayacaq. Deməli, nə isə etmək lazımdır ki, siyasi müstəvidə tərpəniş baş versin. Bu işdə isə Moskva daha çox maraqlıdır. Çünki Ermənistanın daxilindəki qeyri-stabillik, Sərkisyan hakimiyyətinin axsaması, postsovet məkanında daha bir gərginlik ocağının peyda olması Rusiya diplomatiyasını problemli ölkə olan Ermənistanla yaxından məşğul olmağa sövq edir. Ermənilər öz vəziyyətlərinin kövrək olmasını hamıdan yaxşı anlayırlar. Lakin təşvişlərini büruzə verməməyə çalışsalar da, ağır durumun təfərrüatları üzə çıxır. Moskva artıq hiss edir ki, İrəvana təsir göstərməyin vaxtı çoxdan çatıb və son vaxtlar Sərkisyanın komandasına mesajlar verilir”.

Politoloq bildirib ki, Rusiya üçün Azərbaycanın önəmi Ermənistandan qat-qat üstündür:

“Kreml çalışır ki, problemin həllində hər iki tərəf razı qalsın. Rəsmi Bakı bütün hallarda ərazi məsələsinin danışıqlar mövzusu ola bilməyəcəyini yada salır. Yəni Ermənistan işğalçı kontingentini Azərbaycan torpaqlarından çıxardıqdan sonra bir növ təzə xətdən danışıqlar başlaya bilər. Ermənistan rəhbərliyi isə birinci addımı atmaqdan nəinki çəkinir, həm də qorxur. Çünki ölkənin geosiyasi və sosial-iqtisadi durumu ağırdır, o müharibə kampaniyasına hazır deyil. Odur ki, İrəvan vaxtı ötürməklə çalışır ki, özü üçün imtiyazlı şərait formalaşdırsın. Elə bu kontekstdə hazırda Sərkisyanın komandası əcaib imperativlər səsləndirməklə Azərbaycana psixoloji təsir göstərməyə çalışırlar”.   Politoloq hesab edir ki, Sərkisyanın Moskva səfəri bir neçə problemin həlli ilə bağlıdır:

“Əvvəla, İrəvan yenə də Rusiyadan kömək umur, çünki ölkə iqtisadiyyatı nataraz vəziyyətə düşüb və staqnasiyadan çıxmaqdan ötrü maliyyə resurslarına böyük ehtiyac var. Digər tərəfdən Ermənistanda qərbmeyilli qüvvələr siyasi səhnənin mərkəzinə yön aldıqlarına görə Kreml çalışır ki, Sərkisyana dəstək versin. Qarabağ məsələsi ətrafında dinamizm əldə olunarsa, bu da İrəvana dəstəyin bir formasına çevrilə bilər”.

T. Abbasovun sözlərinə görə, Rusiyanın Sərkisyana variantlar təklif edəcəyi istisna deyil:

“Əgər Rusiya bu və ya digər variantın üzərində dayanıb, Ermənistanı razı salsa və həmin həll yolu Azərbaycanın maraqlarına cavab verməsə, bu variant rədd ediləcək. İstisna etmək olmaz ki, məsələnin müəyyən çözüm variantında Bakı ermənilərə kompensasiya da verməyə hazır ola bilər. Lakin bu, başlıca məqam ola bilməz. Kompensasiya o zaman verilə bilər ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını təsdiqləyib, köhnə qaydada Bakının yurisdiksiyasına qayıtsınlar. O ki qaldı dəhliz məsələsinə, ermənilər ilk xoşməramlı addım atdıqları təqdirdə Laçının gələcək müqəddəratı müzakirə predmeti ola bilər. Azərbaycanın torpaq vermə ehtimalı sıfra bərabərdir. Ancaq digər variantlar müzakirəyə çıxarıla bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=31526

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930