“İndi Naxçıvan özü də təhlükədədir…” – Deputat həyəcan təbili çaldı

08.09.2015 - 13:54
fazil mustafa“İndi İğdırla yanaşı, Naxçıvan özü də təhlükədədir”.
Strateq.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün “Facebook” səhifəsində bəyan edib. O bildirib ki, önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir: “İndi də Naxçıvan sərhəd qapısına yaxın yerdə İğdırda PKK tərəfindən Türkiyədə daha 10 şəhid oldu. İğdır bələdiyyə başqanı, oradan seçilən bütün millət vəkilləri HDP-dəndir. Bu gün siyasi səbatsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdırlar”.
F.Mustafanın fikrincə, elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması gərəkir: “Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=31607

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728