Rusiya Azərbaycana silah satışının detallarını açıqladı
Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzi bildirib.
“Rosoboroneksport” şirkətinin baş direktorunun müavini İqor Sevastyanov isə Rusiya texnikası və silah-sursatına olan xarici sifariş portfelinin 12 milyard dolları keçdiyini bildirib.
Qeyd edək ki, bu gün Rusiyanı Nijni Taqil şəhərində “Russia Arms Expo-2015” silah-sursat və hərbi texnika sərgisi başlayıb. Sərginin təşkilatçıları 65 xarici nümayəndənin sərgiyə qatılacağını bildirib. Sərgidə T-14 tankları və BMP-15 də daxil olmaqla, Rusiya zirehli texnikasının ən yeni nümunələri nümayiş olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=31688