Eldar Əzizov Səbail İcra Hakimiyyətində müşavirə keçirdi

10.09.2015 - 11:34

eldarBəzi şəhər və rayonlarda icra başçıları ilə bağlı son dəyişikliklərdən sonra gözlər həmin inzibati ərazi dairələrinə yönəlib: yeni icra başçıları hansı islahalatlar aparacaq, əvvəlki icra başçısının vaxtında başlanan hansı işləri dayandıracaq,  köhnə komandadan kimlər çıxdaş ediləcək…

Səbail rayon İcra Hakimiyyətində də yeni başçı Eldar Əzizovun hansı dəyişikliklərə gedəcəyini gözləyənlər çoxdur. İstisna olunmur ki, Eldar Əzizov eks-icra başçısı Asif Əsgərovun hansısa kadrları ilə işləməkdən imtina edəcək.

Modern.az saytına verilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov artıq müşavirə keçirib və üstüörtülü şəkildə komandada dəyişiklik ediləcəyinə işarə vurub.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri İsrafil KərimovModern.az-a açıqlamasında yeni başçının kollektivlə görüşdüyünü və geniş müşavirə keçirdiyini təsdiqləyib.

“Bəli, icra başçısı belə müşavirə keçirib, amma hansısa ciddi yoxdur. Yeni icra başçısı müşavirə keçirib, rayon idarələrinin rəhbərləri ilə görüşüb, tapşırıqlar verib. Əlavə məlumat vermək hələ tezdir” deyə İ.Kərimov bildirib.

Eldar Əzizov bir neçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728