İcra başçısı təftiş edilir – Xaləddin İsgəndərovla bağlı ilginc plan…

10.09.2015 - 11:52
xaleddinPrezident İlham Əliyev Binəqədi rayonunda 283 saylı orta məktəbdə həyata  keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olarkən bir məqam diqqətdən qaçmadı.
Söhbət Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun prezidentin yanında görünməməsindən gedir. Halbuki Xaləddin İsgəndərov da orada olmalı idi.
Cumhuriyyət.az İstiqlal.az-a istinadən bildirir ki, icra başçısının prezidentin yanında görünməməsi təsadüf deyil. Bildirilir ki, Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Xaləddin İsgəndərov prezidentin yanında etimadını itirib. Hətta yaxın qohumu, vergilər naziri Fazil Məmmədov belə onu vəziyyətdən çıxara bilməyib. Məlumatda deyilir ki, parlament seçkilərindən sonra Xaləddin İsgəndərov vəzifəsindən uzaqlaşdırıla bilər. Artıq onun fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlanılıb. 
Xatırladaq ki, bir neçə gün əvvəl Xaləddin İsgəndərovun şəxsi obyektlərində də yoxlamalar aparıldığı xəbəri yayılıb. Məlumatda bildirilir ki, artıq yoxlamalar nəticəsində maliyyə maxinasiyaları ilə bağlı xeyli fakt aşkar edilib. Məlumata görə, yoxlamaların nəticələri Baş Prokurorluğa göndəriləcək. Bu isə Xaləddin İsgəndərovun təkcə vəzifədən çıxarılmas deyil, həbs planının olduğunu deməyə əsas verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728