Rusiyanın Türkiyə ilə qaz oyunu: “Türk axını” üzrə müqavilə yoxdur! – Təhlil
Rusiya “Türk axını” layihəsi il qəribə şəkildə manipulyasiya edir. Məsələn, dünən Rusiya qaynağına isnadən KİV-də növbəti məlumat yayıldı: “Türkiyə ilə Rusiya arasındakı mübahisə həll olundu”.
Qazprom idarə heyəti sədrinin müavini Aleksandr Medvedyev bildirdi ki, Moskva Rusiya təbii qazının Türkiyə ərazisindən Avropaya ötürəcək və dörd kəmərdən ibarət olacaq “Türk axını”nın ilk qanadının inşası haqda Ankara ilə razılığa gəlib. Lakin Ankarada münasib instansiyalardan öyrənə bildiyimiz qədər, təəssüf ki, heç bir irəliləyiş yoxdur. Həm də “Türk axını” bu ilin iyununda ilişib qaldığı yerdəcə durub.
““Türk axını” təhlükədədir” məqaləmizdə ilk dəfə biz həyəcan qaldırdığımıza görə bu məsələdə hadisələrin inkişafını diqqətlə izləməkdə davam edirik. Hər şeydən əvvəl, Medvedyevin haqqında danışdığı razılaşma üçün Rusiya təbii qazda Türkiyəyə 10,25% həcmində güzəşt etməlidir (tərəflər bu barədə qüvvədə olan kontraktlar üzrə razılığa gəlib). Təbii qaza güzəşt indiyədək qüvvəyə minmədiyindən layihə üzə razılaşmadan söhbət getmir.
Bundan başqa, Rusiya tərəfi nə qədər ki “Türk axını” üzrə bütün kontraktları əldə etməyib, güzəştdən boyun qaçırdır. Hətta hər şeyə nəzərən fikir ayrılıqlarının miqyası ancaq genişlənəcək. Məsələn, BOTAŞ məhkəməyə müraciət etməyə hazırlaşır, çünki müqavilələrə görə bu ilin yanvarından məcburi qaydada qüvvəyə minməli olan 10,25%-lik güzəşt hələ də qüvvəyə minməyib.
Rusiyadan gələn məlumatların detallarını nəzərdən keçirdək. Medvedyev Moskvada mətbuat konfransında bildirib ki, Türkiyə “Türk axını”nın ikinci, üçüncü və dördüncü qanadlarndan imtina etmir və layihə Avropadakı tələbdən asılı olaraq inkişaf edəcək. Açıqlamada deyilir: “Biz türk tərəfdaşlarımızla razılaşdıq ki, əvvəlcə bir saylı qanadda işə girişəcək, sonra digər qanadlara baxacağıq. Kimsə düşünürsə ki, Türkiyə növbəti qanadlardan imtina edib, bu cür deyil”.
Bu açıqlama məntiqcə düzgün görünsə də, fakt üzrə hər hansı bir sazişin konkret mətni yoxdur. Bu ilin iyununa qədər baş tutmuş danışıq və razılaşmalar kağız üzərində qeyd olunmayıb. Hətta tərəflərin texniki nümayəndələri bu məsələ üzrə görüşlər keçirdə bilməyiblər. Uyğun olaraq, hətta Türkiyəyə təbii qaz verməli olan ilk qaz kəməri üzrə konkret saziş yoxdur. Türkiyə energetika və təbii ehtyatlar nazirliyinin BOTAŞ üçün qiymətlərin endirilməsi üzrə müqavilə imzalanmayınca layihə üzrə danışıqlar masasının arxasına əyləşməyəcəi haqda məlumat yayandan bəri irəliləyiş olmayıb.
İş həqiqətən də irəli getsəydi, Rusiya tərəfi artıq keçən iyunda “Türk axını”nın birinci qanadının inşasına başlamalıydı. Tərəflər isə müxtəlif səbəblərdən razılığa gələ bilmədikcə Rusiya layihənin yubanmasını Türkiyədəki siyasi qeyri-müəyyənliklə izah edir. Lakin bu məsələ ölkədəki daxili siyasi durumla heç cür bağlı deyil. Beləliklə, hazırda layihənin qarşısını kəsən ən mühüm maneə tərəflərin qazın qiyməti haqda sövdələşdiyi zaman razılığa gəldiyi güzəştin Rusiya tərəfdən qüvvəyə mindirilməməsidir.
Hazırda digər qanadların inşasına mane olan bir sıra amillər də var. Güzəştə görə mübahusələr üzündən Türkiyəyə qaz tədarükü üçün 15,75 milyard kubmetr gücündə birinci xəttin inşası yubanır. Bununla belə, Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyəyə səfərinin gedişində “Güney axını”nın ləğvi və “Türk axını” layihəsinin gerçəkləşdirilməsi üzrə Türkiyə ilə razılaşmanın əldə edilməsi haqda açıqlama verdi. Liakin bu gün görürük ki, bu məsələ üzrə razılığa gəlmək lap əvvəldə bəyan edildiy kimi elə də asan deyil. Problemin daha bir yönü Rusiyanın “Türk axını”nda Türkiyəni deyil, Yunanıstanı mərkəz (xab) etmək cəhdi il bağlıdır. Yəni sadə şəkildə desək,Rusiya istəmir ki, Türkiyə “Türk axını” sayəsində qaz sahəsində yeni keyfiyyətə və gücə yetişsin. Rusiya bizi dəhliz və yaxud tranzit ölkə kimi qələmə verir və ancaq bu gün Ukraynadan Türkiyəyə ötürdüyü təbii qaza tədarük zəmanəti vermək istəyir.
Güntay Şimşək
“Haberturk” (Türkiyə), 10. 09.2015
Short URL: http://www.cumhuriyyet.net/?p=31805