Eldar Əzizovun Sumqayıtdakı daha bir neçə kadrı “vurulur”

11.09.2015 - 13:50

eldar2Ölkənin müxtəlif şəhər və rayonlarına yeni icra başçıları təyin edilərkən ilk növbədə oradakı köhnə komandadan kimlərin çıxdaş olunacağı, kimlərin gətiriləcəyi maraq doğurur. Adətən, icra başçılarının bir şəhərdən digərinə yeri dəyişdiriləndə əvvəlki yerdə birgə işlədiyi məmurların bir neçəsini də öz yanına aparır.

Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəfinsən azad edilərək Səbail rayonuna başçı gətirilib. Sumqayıta isə Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcov göndərilib. Hər iki başçı yeni yerlərində fəaliyyətə başlayan kimi müşavirə keçirib və müxtəlif idarələrin rəhbərlərinə işlərindəki nöqsanlar və çatışmazlıqlarla bağlı xəbardarlıq ediblər. Zakir Fərəcov hətta Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vidadi Ələkbərovu vəzifəsindən uzaqlaşdırıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda Eldar Əzizovun kadrları hesab edilən daha bir neçə vəzifəli şəxsin də bu aqibətlə üzləşəcəyi istisna edilmir.

Daxil olan digər məlumata görə, Bakının əsas rayonlarından birinə icra başçısı gətirilən Eldar Əzizov öz fəlaiyyətini bununla məhdudlaşdırmayacaq. Eldar Əzizovun daha yüksək posta gedəcəyi vurğulanır. Onun bir müddət sonra Hacıbala Abutalıbovun yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi də gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=32000

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728