Deputatımız İranda Azərbaycanı biabır elədi – Diplomatik qalmaqal
10 ildir ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisin deputatı Mərkəzi Universal Mağazanın (MUM) sahibi Ərəstun Cavadovdur. Aqrar siyasət komitəsinin üzvüdür. O artıq iki dəfə parlamentdə təmsil olunub və növbəti dəfə də namizədliyini verəcəyi bildirilir. Lakin onun bu istəyi sözügedən dairə seçicilərinin etirazına səbəb olub.
Əhalinin bu narazılığı belə əsaslandırılır ki, Ərəstun Cavadov deputat statusu daşıdığı on il ərzində seçildiyi rayonunun fermerləri, iş adamları və sadə vətəndaşları üçün heç bir xeyirli iş görməyib. Əksinə, iddialara görə, millət vəkili, əlində olan imkanları rayon əhalisinə qarşı bir çox haqsızlıqlar törətməyə yönəldib. Məlumata görə, rayon iqtisadiyyatının bir çox sahələrinə nəzarət də Ərəstun Cavadov tərəfindən həyata keçirilir. Bu fonda Ə. Cavadovun növbəti dəfə namizəd olması xəbəri, əhalinin qəzəbini daha da artırıb. Hətta iddia olunur ki, o, 2010-cu il seçkiləri zamanı əhalidən imza toplamayıb. Yalnız müəyyən vasitələrlə ona lazım olan sayda vətəndaşın şəxsiyyət vəsiqələrindəki göstəriciləri imza vərəqələrinə köçürülüb. Millət vəkili habelə ölkənin qızıl bazarını inhisara almağa cəhd göstərməkdə, aylıq dövriyyəsi milyon manatlarla ölçülən Mərkəzi Univermağı dövlət büdcəsinə vergi ödəmələrindən yayındırmaqda, qeyri-qanuni fəaliyyət göstərən zərgərlik emalatxanaları yaradılmasında ittiham edilir.
Bu deputat parlamentdə oturduğu 10 il ərzində seçiciləri ilə görüşmək, onların problemlərini dinləyib, lazımı orqanlar qarşısında qaldırmağı da özünə rəva görməyib. Onun parlament iclaslarında hansısa bir qanun layihəsilə çıxış etməməsi bir yana, hər hansı bir məsələyə münasibət bildirmək üçün çıxış etməsi hallarına da rast gəlinməyib.
Əvəzində deputat mandatından istifadə edərək, yaxın qohumlarını vəzifəyə qoydurub. Belə ki, Ə. Cavadovun bir qardaşı icra nümayəndəsidir, digəri isə bələdiyyə sədri.
Ərəstun Cavadovun ötən müddətdə deputat kimi səsi eşidilməsə də, 2010-cu ilin sentyabrında İrandan səsi gəlib. Belə ki, o İranda keçirilən tədbirdə belə demək mümkünsə, latın qrafiki ilə yazılan əlifbamızı təhqir edib.
Hələ bir neçə il öncə yazmışdıq ki, İranda beynəlxalq konfransa qatılan Ə.Cavadov üçün konfrans materialları latın qrafikası ilə Azərbaycan dilində yazılsa da, deputat buna etiraz edib. Səbəb isə Cavadovun latın qrafikasını bilməməsi olub. Mənbə bildirir ki, mətnin yenidən kiril əlifbası ilə yazılmasından sonra da problemlər yaşanıb.
Beləliklə, bu şəxs vaxtilə Azərbaycanı xaricdə də biabır edib.
Deputatla bağlı başqa bir yazıda qeyd olunur ki, Ə. Cavadov univermaqda icarə haqqını 3-4 dəfəyə qədər qaldırıb.
Deputat həmçinin tez-tez yol hərəkəti qaydalarını da pozur. Bunu onun özü də Milli Məclisin 17 oktyabr tarixli iclasında “Yol hərəkəti haqqında” qaydalara dəyişiklik müzakirə olunarkən etiraf edib. O bildirib ki, yol polisləri tez-tez onu cərimələyirlər. “Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm”.
Bəs seçiciləri bu barədə nə deyir?
87 saylı dairənin seçicisi Cəmilə Əfəndiyeva: “Müəyyən qədər siyasətdən başım çıxır. Ona əsasən də bilirəm ki, deputatlar seçiciləri qarşısında hesabatlı olmaldırlar. Amma dairəmizdən deputat seçilən Ərəstun Orucovun hələ bir dəfə də olsun özünün 5 illik fəaliyyəti haqqında seçiciləri qarşısında hesabat verdiyini nə görmədim, nə də bu barədə eşıtməmişəm. O rayona gələndə də seçiciləri ilə görüşə deyil, deyilənə görə ancaq öz biznes maraqlarının təmin edilməsi üçün gəlir. Yəni millət vəkili olmasına baxmayaraq, onun üçün biznes maraqları, seçicilərinin maraqlarından daha üstündür. Parlamentdə də aktiv fəaliyyət göstərdiyini müşahidə edə bilməmişik”.
Yenicag.az
Short URL: http://www.cumhuriyyet.net/?p=32093