Vaşinqton Qarabağla bağlı qərarını verdi: “Artıq vaxtdır”

14.09.2015 - 12:45

aq ev“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün intensiv danışıqlarda maraqlıdır”.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, liderlərin münaqişədə mövqeləri yaxındır: “Bizə bu danışıqların stimullaşdırılması lazımdır. Hər iki ölkə lideri münaqişənin həlli üçün öz siyasi iradəsini nümayiş etdirməlidir”.

Amerikalı həmsədr qeyd edib ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinin vaxtı çatıb: “Həmsədr ölkələr, həmçinin ABŞ bu istiqamətdə hər şey etməyə hazırdır. Artıq vaxtdır və mən inanıram ki, hər kəs münaqişənin həllini istəyir. Bunu bacarsaq, regionun mənzərəsi də dəyişəcək”.

Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün olacağını xatırladan amerikalı həmsədr bunun prezidentlərin görüşünə zəmin yaradacağını düşünür. O, təmas xəttində gərginliyin artdığına da diqqət çəkir.

“Bu gün vəziyyət ağır olaraq qalır. Artıq taktika da dəyişib və ağır artilleriyadan da istifadə haqda informasiyalar gəlir. Bu qəbuledilməzdir. ABŞ münaqişə tərəfləri arasında etibarın möhkəmləndirilməsi üçün işləri davam etdirmək niyyətindədir”, – deyə diplomat vurğulayıb.

C. Uorlik əlavə edib ki, ABŞ və Rusiya arasında münasibətlərin pisləşməsi Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı işləməyə təsir etmir.

Qeyd edək ki, bir neçə ay öncə Rusiya XİN rəhbəri Sergey Lavrov da Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtının yetişdirini bildirmişdi.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=32151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728