Sensasion təklif: “Azərbaycan Avropa Parlamentində fəaliyyətini dayandırmalıdır”

14.09.2015 - 13:24

semed“Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır. Azərbaycan ölkəmizə qarşı aparılan bu provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir”.
Modern.az saytının məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez- tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər:

“Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan, qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub- durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək iqtidarındadır. Bütün bunlar da onları qorxuya salır.
Qətnamə bizə göstərdi ki, vropa Parlamenti insan haqlarından istifadə edərək müstəqilliyə zərbə vurmağa çalışdılar. Bir faktı göz önünə gətirim ki, sənədin təşəbbüskarlarından biri Avropa Azad Alyansın deputatları idi. Onlar da vaxtı ilə “Dağlıq Qarabağ” bölgəsində separatçı rejimin bəzi qüvvələrinə üzvlüyə qəbul ediblər. Milli maraqlar və Prezident İlham Əliyevin yürütdüyü siyasət naminə öz sözümüzü deməliyik. Sağlam qüvvələrlə birləşib Avropa Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq. Bugünkü müzakirələr bir daha göstərəcək ki, ikitərəfli münasibətləri yüksək səviyyədə davam etdirək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728