Siyavuş Novruzov avropalıları seçkini Azərbaycandan öyrənməyə çağırdı

14.09.2015 - 13:41

siyavus“Azərbaycanda olan inkişafı gözü götürməyənlərə bildiririk ki, bu mövqelərindən əl çəksinlər”.

Modern.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədən kənar iclasında deyib.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin 10-cu maddədə yazılıb ki, Leyla və Arif Yunuslar Ermənistanla Azərbaycan gəncləri arasında münasibət yaratdıqlarına görə həns olunublar: “ Bundan böyük ədalətsiz yanaşma olar? Təcavüzə, soyqırıma məruz qalan bizik.

Avropa Parlamentində oturan ermənipərəstlərlə bizim Milli Satqınlar Şurası birgə fəaliyyət göstərir: “Azərbaycanda bütün siyasi partiyalar, QHT-lər seçkilərdə iştirak edəcəyini bildirir, bir Milli Satqınlar Şurasından başqa. Çünki onlar həmin qüvvələrdən qrant alırlar. Qrant aldıqları qüvvələrin sabah Azərbaycanla bağlı verdiyi bəyanatda özlərini element kimi görmək istəyirlər. Avropalılar tolerantlığı, şəffaf seçkinin necə keçirildiyini, mənəvi dəyərlərin necə qorunduğunu gəlib Azəbaycandan öyrənsinlər. Onlar bilsinlər ki, Azərbaycanla iqtidarla xalq birdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=32168

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728